XİN rəsmisi videokonfrans formatında görüş keçirib.
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovu ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi sonuncu görüş barədə məlumatlandırıb.
Versus.az yerli mediaya istinadən xəbər verir ki, bu, Elmar Məmmədyarovun mayın 19-da S.Lavrovla telefon söhbəti zamanı olub.
Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriliblər. E.Məmmədyarov həmkarına ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi ən son videokonfrans formatında görüşü barədə məlumat verib.
Qeyd edək ki, E.Məmmədyarov mayın 18-də ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə
videokonfrans formatında görüş keçirib.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"