“İcra başçıları həbs olunmayan rayonlarda da problem qalır”

20:57 19-05-2020 | icon 581 | Sosial
“İcra başçıları həbs olunmayan rayonlarda da problem qalır”

“Ünvanlı sosial yardımın verilməsində insan amilinin aradan qaldırılması istənilən səviyyədə deyil".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib.

 

O bildirib ki, ünvanlı sosial yardımın verilməsindənsə sahibkarlığı inkişaf etdirmək daha yaxşı olardı:

"5 rayonda icra hakimiyyəti rəhbərlərinin həbsi sübut etdi ki, biz bu problemdən qurtulmaq üçün sahibkarlığı inkişaf etdirməliyik. İcra başçıları həbs olunmayan rayonlarda da bu problem qalmaqdadır. Yaşam şəraitinin yaxşılaşdırmaq və bu problemlərdən qurtulmaq üçün sahibkarlığı inkişaf etdirməliyik”.

 

Oruc bildirib ki, Azərbaycan dövlətinin sosial siyasəti fədakarlıq nümunəsidir və pandemiya dövrü bunun ən yüksək nümayişi olub:

“Ötən illər hər hansı fəaliyyətintəftiş etmədən yardımlar bir sıra halda ünvansız olub. Kasıb ailələr əvəzinə imkanlı şəxslər həmin yardımdan bəhrələniblər. Bu da haqlı narazılıqlar yaradır. Bu sahədə qəyyumluq, ələbaxımlığın aradan qaldırılmasından qabaq bir çox suallara cavab vermək lazımdır. Məsələn, mənim təmsil etdiyim Bərdə rayonunda yardım alan ailələrin sayı Masallı ilə müqayisədə az qala 4 dəfə geri qalır. Qarabağın ən ağır humanitar yükünü üzərində daşıyan Bərdədə həmin ailələrin sayı 1200, Masallıda isə 6000 ailə təşkil edir. İşsizlik statusunun alınması üçün reallıqda baş verən sıra neqativ hallar burada başlıca rol oynayıb. Digər mühüm məsələ alternativ siyasətlə yardım alanları normal iş rejiminə qaytarmaqdır. Söhbət ondan gedir ki, özünüməşğulluq proqramı və ya ictimai işlər həmin yardım alanları daimi və normal məşğulluq fəaliyyətinə cəlb edilməsinin effektivliyini dəyərləndirməyə çalışmalıyıq. 7800 ailə əvəzinə 12000, yaxud 50 min ailə üzərinə 90 minə çatan dövlət sosial siyasət proqramlarını məhz ölkə rəhbəri irəli sürüb. İndi isə Nazirliyin təqdim etdiyi hesabatdan görünür ki, ictimai işlərə cəmi 61 min insan müraciət edib. Bu necə ola bilər, həqiqətənmi insanlar işləmək istəmir?”

 

Oruc vurğulayıb ki, icra hakimiyyəti başçılarının həbsləri göstərdi ki, həmin ictimai işlərə can atılması nə üçün aşağı səviyyədədir:

“Digər rayonlarda da vəziyyət eynidir. Halbuki yardım siyasətinin alternativi insanlara iş yerini özünün açması şəraitini təmin etməkdir. İş yerini vətəndaş özü rahat bir şəkildə açanda dövlətin yükü azalacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı