Avropa Xalq Partiyası Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinə çağırış edib

21:24 19-05-2020 | icon 1298 | Dünya
Avropa Xalq Partiyası Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinə çağırış edib

Avropa Parlamentində ən böyük siyasi blok olan Avropa Xalq Partiyası Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” ölkələri (Ukrayna, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Belarus) arasında daha nəzərəçarpan əməkdaşlıq üçün çağırış edib.

 

Versus.Az xəbər verir ki, bu barədə Avropa Xalq Partiyasının məlumatında bildirilib. 

 

Qeyd edilib ki, gələn ay keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitində Aİ və onun Şərq qonşuları, eyni zamanda altı ölkənin özlərinin arasında aydın və uzunmüddətli bir strategiya qəbul olunmalıdır:

“Biz Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusa konkret kömək göstərərək, əməkdaşlığın detallı və təşviqedici gündəliyini hazırlamağa çağırırıq”.

 

Bildirilib ki, Aİ siyasətinin məqsədi yenə də münasibətləri beynəlxalq hüquqa və fundamental dəyərlərə uyğun olaraq dərinləşdirmək, sabitliyi artırmaq və bütün bölgənin çiçəklənməsidir:

“Bu hədəfdə güzəştə getmədən Aİ rouminqsiz pulsuz zonanın yaradılmasını, yerli valyutalarda verilən kreditləri artırmaqla iqtisadiyyatın şaxələndirilməsinə dəstək və ya infrastrukturun inkişafına kömək kimi məsələləri təşviq etməlidir. Bu təşviqləri işlək hala gətirmək üçün tərəfdaş ölkələr birlikdə işə başlamalıdırlar. Demokratik dünyanın üzləşdiyi indiki çətinliklərdən heç biri ayrı-ayrı ölkələr tərəfindən səmərəli şəkildə həll edilə bilməz. Hazırda əməkdaşlıq əsasdır. Region daxili ticarətin artması, rouminq qiymətlərinin azalması və ya ləğvi, enerji və nəqliyyat kimi sahələrdə ortaq layihələr hamıya fayda gətirəcək. Ölkələr assosiasiya sazişlərini reallaşdırsalar, Avropa standartlarının 70 faizinə nail olacaqlar. Ölkələrinizdə islahatla bağlı səylərinizi dayandırmayın. Bu, cəmiyyətlərinizə daha çox rifah gətirməsi üçün vacibdir”.

 

Qeyd edək ki, bu gün Avropa Parlamentinin Xarici İşlər Komitəsində “Şərq Tərəfdaşlığı” ilə bağlı müzakirələr keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı