Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

02:22 20-05-2020 | icon 8142 | Sağlamlıq
Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

Nərminə Abbasova: “Kəskin xolesistitin ağırlaşmaları infeksiyaların inkişafı nəticəsində baş verir”

 

Bu gün həkimimizlə kəskin xolesistitdən, onun yaranma səbəblərindən, simptomlarından, öd xəstəliyindən danışacağıq.

 

 

Beləliklə, Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova Versus.Az-a xəstəliklə bağlı bunları danışdı.

 

Nərminə xanım Abbasova bildirdi ki, kəskin xolesistit öd kisəsinin iltihabıdır. Onun sözlərinə görə, bu zaman öd axınının qəfil pozulması nəticəsində öd axarlarının blokadası baş verir:

 

“Xolesistit zamanı həmçinin, öd kisəsi divarının patoloji destruksiyası da inkişaf edə bilər. Əksər hallarda kəskin xolesistitin yaranması konkrementlərlə (daşların) əlaqədardır. Yarıdan çox hallarda isə patologiyanın ortaya çıxmasına səbəb ödün bacterial - bağırsaq çöpləri, kokklar, salmonella - yoluxmasıdır. Kəskin xolesistitin simptomatikası bir dəfə yaranır, inkişaf edir və adekvat müalicə zamanı aradan qalxır”.

 

“Kəskin xolesistitin əsas əlaməti öd sancılarıdır

 

Həkim-terapevt qeyd etdi ki, kəskin xolesistitin yaranma səbəbləri kimi öd kisəsi divarlarının daşlarla zədələnməsini, öd yollarının daşlarla tıxanmasını, ödün bakterial floraya yoluxmasını, infeksiyanın inkişaf etməsini, mədəaltı fermentlərin öd kisəsinə düşməsini göstərmək olar:

“Kəskin xolesistitin əsas əlaməti öd sancılarıdır. Bu, sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılardır. Ağrı kürəyin sağ tərəfinə irradiasiya edə bilər. Nadir hallarda irradiasiya bədinin sol tərəfinə verir”.

 

 

 

Spirtli içkilərin qəbulunun, acı, yağlı qidaların, güclü stessin kəskin xolesistitin əmələ gəlməsinə təkan verdiyini deyən Nərminə xanımın sözlərinə görə, ağrı sindromundan başqa, kəskin xolesistit öyümə, hətta ödlü qusma, subfebril temperaturla müşayiət oluna bilər:

 

 

“Əksər hallarda kəskin xolesistitin ağırlaşmaları infeksiyaların inkişafı nəticəsində baş verir. Bura öd kisəsinin empiemasını - irinli iltihab - və emfizemanı – köp, sepsisi - infeksiyanın generalizə olunması -, qarın boşluğunun iltihabını – peritonit - və sair aid etmək olar”.

 

Həkim deyir ki, kəskin xolesistitin ilkin diaqnostikası zamanı daşlar üzə çıxmazsa, gedişat ağır olmazsa, irinli ağırlaşmalar qeydə alınmazsa, müalicə qastroenteroloqun nəzarəti altında konservativ yolla həyata keçirilir:

“Bakterial floranın dəf edilməsi və ödün infeksiyalaşmasının profilaktikası məqsədilə antibiotiklər tətbiq olunur, ağrı sindromu və öd yollarının genişləndirilməsi üçün spazmalitiklərdən, orqanizmin ifadə olunmuş intoksikasiyası zamanı isə dezintoksikasiya terapiyasından istifadə edilir”.

 

 

 

DİQQƏT!

Əgər kəskin xolesistit, öd kisəsinin iltihabı haqqında daha çox məlumatlanmaq və müalicə olunmaq istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol