Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

08:54 20-05-2020 | icon 1367 | Təhsil
Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar bu gündən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək.

 

Versus.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, onlayn müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistemdə həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək. 

 

Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetdə bildiriş formasında öz əksini tapacaq. 

 

Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək. Canlı müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.

 

Qeyd edək ki, mayın 18-dən etibarən tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün təşkil edilmiş müsahibələrdə iştirak edə bilməyən uşaqların valideynləri (qanuni nümayəndə)  şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI