Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

09:11 20-05-2020 | icon 1318 | Dünya
Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Gürcüstan Prezidenti Salome Zurabişvili hesab edir ki, vətənində məhkum olunmuş keçmiş Gürcüstan Prezidenti Mixail Saakaşvilinin Ukraynada istənilən vəzifəyə namizədliyinin nəzərdən keçirilməsi barədə Tbilisinin məlumatlandırılmaması Ukrayna tərəfinin "qeyri-diplomatik addımdır".

 

Versus.az xəbər verir ki, bu barədə xanım prezident “Rustavi 2” telekanalının efirində danışıb.

 

O, bildirib ki, xəbərdarlıq və məlumatlandırma ən azı normal ikitərəfli münasibətlər şəraitində lazımdır:

"Ona görə də hesab edirəm ki, bu münasibətlər artıq gərgin idi... bizim reaksiyamız tamamilə normal idi, mən diplomatik dili yaxşı bilirəm və başa düşürəm ki, nə olar, nə olmaz. Bizim addımımız çox mülayim, normal, necə olmalı idisə, elə idi. Səfirin məsləhətləşmələr üçün geri çağırılması tamamilə təbii bir prosesdir”.

 

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna Milli islahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin edib. Buna cavab olaraq, Gürcüstan Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bununla yanaşı, Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Ukrayna ilə diplomatik əlaqələri pozmaq niyyətinin olmadığını vurğulayıb. Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba isə bildirib ki, Saakaşvili Ukrayna vətəndaşıdır və bu səbəbdən dünyanın heç bir dövləti onun hara təyin ediləcəyini müəyyən edə bilməz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI