“Nəsimi bazarı” sökülür?

16:11 20-05-2020 | icon 852 | İqtisadiyyat
“Nəsimi bazarı” sökülür?

Nəsimi Rayon İcra Hakimiyyəti “Nəsimi bazarı”nın sökülməsi ilə bağlı xəbərə aydınlıq gətirib.



Versus.Az xəbər verir ki, İcra Hakimiyyəti bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində Nəsimi rayonu, F.Qasımzadə, M.Qaşqay, Ak.M.Mirqasımov küçələrinin və Azadlıq prospektinin əhatə etdiyi məhəllədə yeni yaşayış binalarının tikintisi “Avrasiya Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib.

 

Şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrindən sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 15-30% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək yaşayış binasında təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi və digər xidmətlərin göstərilməsi öhdəliyi Rayon İcra Hakimiyyəti tərəfindən MMC-nin üzərinə qoyulub.


Həmçinin, sözügedən ərazidə yerləşən qeyri-yaşayış sahələrində, o cümlədən “Nəsimi bazarı”  ATSC-ə məxsus ərazidə əhaliyə göstərilən xidmətlərin daha yüksək səviyyədə təşkili üçün tərəflər arasında (“Avrasiya Construction” MMC və “Nəsimi bazarı”  ATSC) qarşılıqlı razılaşma əsasında  işlərin aparılması nəzərdə tutulur.

 

“Əlavə olaraq “Nəsimi bazarı”  ATSC-nin nümayəndəsinin məlumatına əsasən  bildiririk ki, ATSC-nin bazarın içərisində icarəyə verdiyi piştaxtalar hazırda günün tələblərinə cavab vermədiyi üçün yenidənqurulması məqsədilə səhmdar cəmiyyət tərəfindən sökülür”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”