Matçdan öncə loto - VİDEO

12:05 21-05-2020 | icon 1060 | İdman
Matçdan öncə loto - VİDEO

2004-cü ildə AFFA milli komandalarımızı Latviyanın paytaxtı Riqaya hazırlıq matçları üçün səfərə aparıb.

 

16 il əvvəl baş tutmuş həmin hadisələrdən:

 

Latviya Futbol Federasiyası ilə AFFA arasında əməkdaşlıq çərçivəsində yığmalarımız Baltikyanı ölkəyə dəvət olunub. Bu səfərə nümayəndə heyətinin rəhbəri, AFFA-nın sabiq prezidenti, mərhum Ramiz Mirzəyev özü rəhbərlik edirdi.

 

Əvvəlcə, iyunun 5-də Latviya və Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandaları qarşılaşdı. Nərgiz Paşayevanın 11-ci dəqiqədə vurduğu qola rəqib 15 dəqiqə sonra qarşılıq verdi. Görüş 1:1 hesabı ilə başa çatdı.

 

Ertəsi gün yerli vaxtla saat 14:00-da Latviya və Azərbaycanın 21 yaşadək yığma komandaları (U-21) üz-üzə gəldi. Riqanın “Dauqava” stadionunda baş tutan qarşılaşmada Vaqif Sadıqovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəldi. Yeganə qolun müəllifi hazırda “Keşlə”nin oynayan məşqçisi olan Rəşad Sadiqov oldu. O, 84-cü dəqiqədə qələbə qolunu vurdu.

 

Gələk əsas komandamıza. Millimizin yeni baş məşqçisi, əfsanəvi braziliyalı dünya çempionu Karlos Alberto Torres həmin il Avropa çempionatına vəsiqə qazanmış Latviya yığması ilə hazırlıq matçına komandanı psixoloji cəhətdən hazırlamaq üçün maraqlı üsula əl atmışdı.

 

O, futbolçular arasında loto oyunu təşkil etmişdi. Stolüstü oyunda Emin Ağayev, Mahmud Qurbanov və Ruslan Musayev qalib gəlmişdilər. Onların hər üçünə AFFA-nın xüsusi hədiyyəsi təqdim edilmişdi. 

 

İyunun 6-da axşam “Skonto” stadionunda əsas komandalar qarşılaşdı. Millimiz səkkiz min azarkeşin izlədiyi görüşdə kapitan Qurban Qurbanovun başçılığı altında bu start “11-liy”i ilə meydana çıxmışdı: Dmitri Kramarenko, Emin Ağayev, Rəşad Sadıqov, Mahir Şükürov, Emin Quliyev, Rafael Əmirbəyov, Mahmud Qurbanov, Aqil Məmmədov, Qurban Qurbanov, Anatoli Ponomaryov, Nadir Nəbiyev.

 

İlk hissə millimizin üstünlüyü şəraitində keçir. Hətta 43-cü dəqiqədə hücumçumuz Nadir Nəbiyevin zərbəsi qapı dirəyinə tuş gəlir. Bununla belə, komandalar fasiləyə 0:0 hesabı ilə yollanırlar.

 

Fasilədən sonra azarkeşlər bol qollu qarşılaşmaya şahidlik edir. 53-cü dəqiqədə həmin vaxt Kiyev “Dinamo”sunda çıxış edən, yeddi il sonra Azərbaycana gəlib “Bakı” klubunda oynayacaq hücumçu Maris Verpakovski başla qol vuraraq, meydan sahiblərini önə keçirir – 1:0.

 

Lakin latviyalı azarkeşlərin sevinci uzun çəkmir. Çünki bu qoldan üç dəqiqə sonra Emin Quliyev uzaq məsafədən vurduğu qolla hesaba tarazlıq gətirir – 1:1.

 

Anatoli Ponomaryova qarşı London “Arsenal”ı ilə İngiltərə çempionu olmuş İqor Stepanov kobudluq etdikdən sonra finlandiyalı hakim meydan sahiblərinin qapısına penalti təyin edir. Millimizin ştatlı penaltisti Qurban Qurbanov 74-cü dəqiqədə komandamızı hesabda önə keçirir – 2:1.

 

Lakin qələbə qazanmaq millimizə qismət olmur. Çünki mərkəz müdafiəçimiz Rəşad Sadıqovun hərəkəti şübhəli epizodda penalti kimi qiymətləndirilir. 82-ci dəqiqədə hazırda siyasətlə məşğul olan mərkəz müdafiəçisi Mixail Zemlinski 11 metrlik nöqtədən hesabı bərabərləşdirir – 2:2. Görüş bu hesabla da başa çatır.

 

Beləcə, hər üç millimiz Riqa səfərindən vətənə məğlub olmadan qayıdır... /Oxu.az/

 

 
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin