Günəbaxan halvasının faydaları

12:57 21-05-2020 | icon 543 | Sağlamlıq
Günəbaxan halvasının faydaları

Qadınların sirli çarəsi...

 
 

Şərq şirniyyatı olan halva ölkəmizdə çox sevilir. Klassik halvanın tərkibi günəbaxan tumundan hazırlanır. Amma son zamanlarda küncütdən, badamdan hazırlanan halvalara da rast gəlmək olar.

 
 
Versus.Az-ın məlumatına görə, bu şirniyyat mikro və makroelementlərlə çox zəngindir. Bundan əlavə onun tərkibində insanın əhvalına müsbət təsir edən maddələr də mövcuddur. Bu dadlı ərzaq məhsulunda həm də qida lifləri və maltoza maddəsi var.
 
 
Halvanın qidalılıq dəyəri 100 qr-da 550 kkal edir. Onun tərkibində xolesterinin miqdarı 0-a bərabərdir.
 
 
Şərq ölkələrində bu şirniyyat növündən əsasən orqanizmi gücləndirmək məqsədilə istifadə edilir. Ağızda əriyən bu dadlı şirniyyat soyuqdəymənin ilkin əlamətləri zamanı immuniteti artırmaq və baş ağrılarını aradan qaldırmaq üçün istifadə edilir.
 
 
Halvanın daha çox qadınlar üçün faydalı olduğunu qeyd etsək yanılmarıq. O, mütləq hamilə qadınların qida rasionlarında yer almalıdır. Tərkibində çox miqdarda fol turşusu var. Bu maddə isə dölün inkişafına müsbət təsir edir. Süd əmizdirən analar da halva qəbul etsələr bu zaman uşağı vacib olan qidalı maddələrlə təmin edərlər. Bu ərzaq ana südünü vitamilərlə zənginləşdirir və daha doyumlu edir.
 
 
Halvanın tərkibində olan antioksidantlar bədəndən toksinləri kənarlaşdıraraq mədə-bağırsağın işini tənzimləyir.
 
 
Halvadan hətta kosmetologiyada da istifadə edilir. Belə ki, sağlam və hamar dəri əldə etmək üçün halvanı az bir miqdar aloe şirəsi ilə qarışdıraraq üzünüzə maska da edə bilərsiniz. /Medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı