Türkiyə mətbuatı Paşinyanın Şuşa təxribatını PİSLƏDİ

16:54 21-05-2020 | icon 856 | KİV
Türkiyə mətbuatı Paşinyanın Şuşa təxribatını PİSLƏDİ

“Qarabağ Azərbaycandır!”

 

Bu gün Şuşa şəhərində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana “andiçmə mərasimi” düzənlənəcək.

 

Versus.az xəbər verir ki, “qondarma rejim”in qondarma seçkiləri ölkə mətbuatı ilə bərabər Türkiyə mediasında da qınağa məruz qalıb.

 

Azərbaycanlılar tərəfindən mövcud durumla bağlı yayılan bəyanat “TRT haber”, “Ankara Ekspressi”, “Turkiye gazetesi”, “Milli gazete” kimi nüfuzlu xəbər saytlarında yayımlanıb.

 

Türkiyədə yaşayan azərbaycanlılar tərəfindən bildirilən bəyanatı təqdim edirik:

“Azərbaycanın işğal olunmuş bölgələrində yaradılan qondarma dövlət, dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda qondarma prezident seçkilərini təşkil etməklə və mayın 21-də Şuşada and içmə mərasiminə hazırlaşmaqla beynəlxalq hüquqa, sülhə və sabitliyə təhlükə yaradır. Bu Azərbaycana qarşı əks təxribatdır.

Qarabağ Azərbaycandır! Bəzi dövlətlər və beynəlxalq təşkilatlar qondarma seçki şousunu qınayaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və qondarma dövlət seçkilərini tanımadıqlarını bildiriblər. Avropa Birliyi, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, bir sıra nüfuzlu media orqanları və nüfuzlu şəxslər də daxil olmaqla dünyanın bir çox ölkəsi bu qondarma seçkiləri təxribat kimi qiymətləndiriblər. Bu iddia edilən seçkilər və nəticələr qeyri-qanuni elan edilərək, Qafqazda sülh və sabitliyə qarşı məsuliyyətsiz siyasi addım, problemin sülh yolu ilə həllinə ciddi maneə və beynəlxalq hüquqa təhdid kimi izah edilib. Yalnız Ermənistan rəhbərliyi və erməni lobbisi tərəfindən irəli sürülən, heç bir beynəlxalq təşkilat və ya ölkə tərəfindən tanınmayan qondarma rejim tərəfindən təşkil edilən qondarma seçkilər beynəlxalq hüquqa ziddir.

 

 Eyni zamanda Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlara mənfi təsir göstərən bu addım qarşı tərəfin həqiqi niyyətini bir daha ortaya qoyur və problemi həll etmək məqsədi daşımır. Qeyri-qanuni bir parlament tərəfindən edilən saxta seçkilər Ermənistanın sülh danışıqları zamanı beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığını sübut edir. Bu səbəbdən dünya gücləri və beynəlxalq təşkilatlar Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə məcbur edərək daha ciddi təzyiq və sanksiyalar tətbiq etməlidirlər.

Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan saxta prezident seçkiləri və and içmə mərasimlərini qəbul etmirik. Türkiyədə yaşayan azərbaycanlılar, seçki prosesini və andiçmə mərasimini işğal edilmiş Azərbaycan ərazilərində, xüsusən Xocalı faciəsində sadə vətəndaşları qətlə yetirən separatçı rejim və Ermənistanın cinayətkar fəaliyyətinin davamı kimi qəbul edir və bu təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik.

Biz separatçı rejimin saxta prezidentinin and içməsinə icazə verilməməsini və Ermənistanın bu cinayətə dəstəyini dayandırması üçün dərhal müdaxilə etməsini istəyirik”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür