"Məhz Şuşa şəhərini hədəf seçmələri isə..."

18:46 21-05-2020 | icon 657 | Geopolitika
"Məhz Şuşa şəhərini hədəf seçmələri isə..."

Əlisahib Hüseynov: "Vasitəçilərin seyrçi mövqe tutmaları erməniləri daha da şirnikləndirir"

 

"Düşmən işğalı altında qalan Mədəniyyət paytaxtımız Şuşada bu gün axşam saatlarında Qarabağ separatçılarının yeni "lideri" Araik Arutunyan üçün “andiçmə mərasimi”nin düzənlənəcəyi, atəşfəşanlıq təşkil ediləcəyi gözlənilir. Hətta Şuşanın Dağlıq Qarabağın separatçı-terrorçu rejiminin "paytaxtı" elan ediləcəyini də deyirlər. Ermənistanın avantürist Baş naziri Nikol Paşinyanın da sözügedən “mərasimdə” iştirak üçün Şuşaya gələcəyi nəzərdə tutulur. Bəlkə də artıq gəlib".

 
 
Versus.Az xəbər verir ki, bunu "facebook" hesbında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əlisahib Hüseynov yazıb.
 
 
Bütün bunların hər bir azərbaycanlı üçün ağrılı məsələ olduğunu bildirən Ə.Hüseynov sadəcə olaraq bir Qarabağ qazisi kimi düşmənlərimizin bu cür həyasız davranışlarını lənətlədiyini vurğulayıb:
 
"Onlar niyə məhz Şuşanı hədəf və məkan olaraq seçiblər? Qondarma mərasimin sülh danışıqlarını pozmağa və Azərbaycanı təcavüzkar ölkə kimi təqdim etməyə hesablanmış bir təxribat planı olması heç kimdə şübhə doğurmur. İstər rəsmi İrəvan, istərsə də Xankəndində yuva salmış separatçılar əvvəlki illərdə də bu və buna bənzər qızışdırıcı, təhrikçi tədbirlər təşkil ediblər. Bu dəfə məhz Şuşa şəhərini hədəf seçmələri isə erməni həyasızlığının lap son həddidir".
 
 
Partiya sədri pandemiya dövründə münaqişə tərəflərini atəşkəsə çağıran BMT Baş katibi A.Quttereşi işğalçı ermənilərin pandemiya şəraitində təşkil etdikləri bu rəzaləti görməyə və qarşısını almağa çağırıb:
 
"Eləcə də, ATƏT-in Minsk qrupunun həmsədrlərini rəsmi İrəvanın və qondarma rejimin heç bir beynəlxalq hüquq normalarına sığmayan bu qızışdırıcı hərəkətlərinə sərt formada siyasi-diplomatik qiymət verməyə çağırırıq. Vasitəçilərin fəaliyyətsizliyi və seyrçi mövqe tutmaları erməniləri get-gedə daha artıq dərəcədə şirnikləndirir".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı