““Azərbaycan erməninin “inaqurasiyasını” hərblə cavablamalıdır”

19:43 21-05-2020 | icon 873 | Siyasət
““Azərbaycan erməninin “inaqurasiyasını” hərblə cavablamalıdır”

Sərdar Cəlaloğlu: “Biz haqlıyıq və haqlı olduğumuzu müharibə yolu ilə dünyaya sübut etməliyik”

 

“Bu, Azərbaycan xalqının hissiyyatı ilə oynamaq, beynəlxalq hüquqa tüpürməkdir”.

 

Bunu Versus.az-a ADP sədri Sərdar Cəlaloğlu Şuşanı işğal edən erməni separatçılarının bu gün “prezidernt seçkilərini” bayram etməsi ilə bağlı açıqlamasında bildirib.

 

Partiya sədri qeyd edib ki, ermənilər bu hərəkətləri ilə istər Bişkek Protokolu, istərsə də sonrakı illərdə əldə olunan bütün öhdəlikləri pozub:

“Ona görə də Azərbaycan təcili surətdə hərbi əmliyyatlara başlayıb torpaqlarını qarış-qarış azad etməlidir. Bu gün Azərbaycan Şuşada “inaqurasiya” mərasiminə hərbi əməliyyatla cavab verməlidir. Əks halda bu, millət üçün çox böyük psixoloji basqı olacaq”.

 

S.Cəlaloğlu bildirib ki, nəhayət anlamaq lazımdır ki, erməni üçün danışıqların heç bir əhəmiyyəti yoxdur. Partiya sədri bəyan edib ki, errməni işğalçıdır və bundan sonra “bu yolla Azərbaycanı təxribata çəkir” kimi fikirlər məntiqsizdir:

“Ermənilər bu hərəkətləri ilə nümayiş elətdirirlər ki, bunlar işğal olunmuş əraziləri ilhaq ediblər. Onlar üçün nə atəşkəs, nə danışıqla”? Erməni guya nə vaxt atəşkəsə əməl edb? Ona görə də Azərbaycan öz ərazilərini beynəlxalq hüquqa uyğun istənilən vasitələrlə təcili azad etməlidir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür