erməninin Şuşadan Azərbaycana MÜHARİBƏ NOTASI

13:54 22-05-2020 | icon 1143 | Geopolitika
erməninin Şuşadan Azərbaycana MÜHARİBƏ NOTASI

Elxan Şahinoğlu: ““andiçmə mərasimini” Şuşada keçirməkdə iki məqsədi var idi”

 

Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 21-də işğal altındakı Şuşaya gəlişi və bu şəhərdə Dağlıq Qarabağın yeni seçilən “prezidenti” Araik Aratunyunanın andiçmə mərasiminin keçirilməsi müharibəyə dəvətdir.

 

Bu barədə Versus.az-a “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün şərhində bildirib.

 

“Son tədbir erməni separatçılarının və baş nazir Nikol Paşinyanın təxribatı idi. Çünki, keçmiş illərdə də Dağlıq Qarabağda “prezidentin” andiçmə mərasimi keçirilirdi və bu tədbirlər ermənilərin yaşadığı Xankəndidə keçirilirdi. Bu dəfə isə “andiçmə” mərasimini Şuşada keçirdilər. Halbuki, beynəlxalq vasitəçilərin hazırladığı bütün həll planlarına görə, Şuşa boşaldılmalı və azərbaycanlılara qaytarılmalıdır.

 

Nikol Paşinyanın “andiçmə mərasimini” Şuşada keçirməkdə iki məqsədi var idi:

Birinci məqsəd. Erməni separatçıları Şuşanı Dağlıq Qarabağın paytaxtı etmək istəyirlər.

İkinci məqsəd. Erməni separatçıları göstərmək istəyirlər ki, Şuşanı azərbaycanlılara qaytarmayacaqlar.

 

Nikol Paşinyan hər açıqlamasında bildirir ki, Azərbaycanla müharibənin əleyhinədir və Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək istəyir. Ancaq Paşinyanın Şuşada tədbir keçirməsi müharibəni yaxınlaşdırır. Çünki, ermənilərin təxribatlarına uzun müddət dözməyin də bir limiti var. Nikol Paşinyan mayın 21-də “Pandora qutusunu” açdı. Azərbaycan cəmiyyəti hakimiyyətdən mayın 21-də Şuşada tədbir keçirən ermənilərə qarşı ciddi tədbirlər görməyi tələb etdi. Sosial şəbəkələrdə hətta “Şuşanı vurun!” təbliğatı aparıldı. Əlbəttə, müharibənin riskləri var. Ancaq bu risqlər Azərbaycanı qətiyyətli addımlardan çəkindirməməlidir. Digər tərəfdən ermənilər Şuşada tədbir keçirəndə həm də onu düşünüblər ki, bölgədə koronavirus yayıldığı dövrdə Azərbaycan müharibəyə başlamayacaq. Onların bu düşüncələrinin yanlış olduğunu elə onların özünə sübut etməliyik.

 

Azərbaycan Xarici İşlər Nazirliyi təkrarlanan bəyanatlarından birini yaydı. Növbəti bəyanat cəmiyyəti məmnun etmədi. Çünki XİN-nin bəyanatları təkrarlanır, bu isə münaqişənin həllini yaxınlaşdırmır. Azərbaycan cəmiyyətində belə fikir var ki, hazırki dövrdə söz sahibi Xarici İşlər Nazirliyi deyil, Müdafiə Nazirliyi olmalıdır. Azərbaycan ordusu bugünlərdə genişmiqyaslı təlimlər keçirir. Görünür, Azərbaycanın hakimiyyət dəhlizlərində düşünüblər ki, bu hərbi təlimlər Nikol Paşinyanı Şuşada “andiçmə mərasimi” keçirməkdən yayındırmalı idi. Ancaq bu Paşinyanın və Xankəndidəki separatçıların planlarına mane olmadı.

 

Azərbaycan Dağlıq Qarabağın yollarına nəzarət edə bilmir. Buna baxmayaraq, Azərbaycanın hərbi hava qüvvələri Dağlıq Qarabağın səmasına nəzarət edə bilər. Hərbi təyyalərin Dağlıq Qarabağ səmasında mütəmadi uçuşları erməni separatçılarına¸ Ermənistan hakimiyyətinə, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinə ciddi xəbərdarlıq olar. Erməni separatçıları Azərbaycanın hərbi təyyarəsini vursalar, bu müharibənin başlanmasına şərait yaradacaq. Azərbaycan cəmiyyətində belə bir fikir var ki, Ermənistan rəsmilərinin helikopterlə Dağlıq Qarabağa gəlişlərinin qarşısı alınmalıdır.

 

Bu arada, həmsəsdrlər – Rusiya, ABŞ və Fransa Ermənistan hakimiyyətini təxribatlardan çəkindirmirlər. Azərbaycan XİN vasitəçilərə ən azı iki sual verməlidir:

1) Həmsədrlər Ermənistan hakimiyyətinin işğal altındakı Şuşada keçirilən tədbiri haqqında nə düşünürlər?


2) Erməni separatçıları həmsədrlərin hazırladıqları planların əksinə olaraq Şuşada, Kəlbəcərdə və Laçında məskulaşdırma siyasətinin qarşısını niyə almırlar? Axı bütün həll planlarına görə bu bölgələr boşaldılmalıdır.

 

Bu suallara cavab yoxdur. Bu şəraitdə danışıqlara ehtiyac qalmır. Ermənistan hakimiyətinin təxribatları fonunda ya danışıqlara ara verilməli, ya da ümumiyyətlə danışıqlardan itmina edilməlidir. Bu Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ciddi mesajı olar. Azərbaycan cəmiyyəti hakimiyyətdən erməni separatçılarına qarşı radikal addımlar atılmasını gözləyir”.

 

LƏMAN
Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin