İran səfiri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

16:10 22-05-2020 | icon 586 | Geopolitika
İran səfiri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

"Ümid edirik ki, “Qarabağın və Qüdsün azad olunması bayramları”nı birlikdə qeyd edəcəyik"

 

“Quranın baharı, İlahi rəhmətin nazil olduğu və insan ruhunun yüksəlişi olan Müqəddəs Ramazan bayarmının gəlişi münasibətilə dost və qardaş Azərbaycan Respublikası xalqını və dövlətini təbrik etməkdən fəxr duyuram”.

 

Versus.Az xəbər verir ki, bunu İran İslam Respublikası səfirinin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və dövlətinə ünvanladığı təbrikində deyib.

 

Ramazan bayramı dünya müsəlmanları arasında vəhdətin, həmrəyliyin təcəllisi və ictimai bağların möhkəmlənməsidir. Bu böyük bayram günündə İran xalqı Azərbaycan Respublikasının müsəlman xalqı ilə həmrəy olduğunu elan edir və təkidlə vurğulayır ki, daim dost və qardaş Azərbaycan xalqının yanında olub, bundan sonra da olacaq və əbədi olan bu dostluğa və qardaşlığa görə fəxr edir.

Sonda Mütaal Allahdan Azərbaycan Respublikası dövləti və xalqı üçün izzət və başucalıq, iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzulayır və ümid edirik yaxın gələcəkdə Azərbaycan xalqının şad gününü – “Qarabağın və Qüdsün azad olunması bayramları”nı birlikdə qeyd edəcəyik.

 

Ağanisə Sultan
Versus.Az

 


İlahi, Ramazan bayramında bizim bayramlığımızı bütün müsəlmanların oruc və ibadətlərinin qəbulu və bu bərəkətli aydan faydalanmağı qərar ver.

 

Xudahafiz ey Ramazan, ey Allahın ən böyük ayı və ey Allah dostlarının bayramı!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI