Ləqəbi - “Bandit” – FOTO

00:05 23-05-2020 | icon 604 | Maraqlı
Ləqəbi - “Bandit” – FOTO

Rusiyalı oliqarx Roman Abramoviçin özəl təyyarəsinin interyeri görənləri heyrətə gətirir.

 

Fotoları “Daily Mail” paylaşıb.

 

Məlumata görə, “Millhouse” investisiya kompaniyasının və “Çelsi” futbol klubunun rəhbərinin ümumi dəyəri 400 milyon funt sterlinq (təxminən 832 milyon 986 min AZN - red.) olan üç təyyarəsi var: “Boeing 737-700”, “Boeing 767-300” və “Boeing 767-33A ER”.

 

“Boeing 767-33A ER” oliqarxın ən sevimli təyyarəsidir. Onun hətta ləqəbi də var: “Bandit”.

 

Təyyarə dünyanın ən lüks özəl laynerlərindən biridir. Göyərtədə nəhəng çarpayısı olan yataq otağı, mətbəx, ofis və 30 nəfərlik banket zalı var. İnteryerin dizaynı üçün bahalı ağac növlərindən, parçalardan və qiymətli metallardan istifadə olunub.

 

Bundan başqa, hava gəmisində ABŞ Prezidenti Donald Trampın təyyarəsindəki kimi təhlükəsizlik sistemi quraşdırılıb. Bu, R.Abramoviçə 1,5 milyon funt sterlinqə (təxminən 3,1 milyon manat - red.) başa gəlib, təyyarənin ümumi dəyəri isə 250 milyon funt sterlinqdir (520 milyon 616 min AZN - red.).

 

Qeyd edək ki, Roman Abramoviç Böyük Britaniyanın ən zəngin 20 sakini siyahısında 12-ci yerdədir. Onun varidatı 10,16 milyard funt sterlinq (21 milyard manat- red.) həcmində qiymətləndirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI