Deputatdan rüşvətxor məmurların ailələrinə ÇAĞIRIŞ

10:32 23-05-2020 | icon 755 | Siyasət
Deputatdan rüşvətxor məmurların ailələrinə ÇAĞIRIŞ

Qüdrət Həsənquliyev: "Evə qeyri-qanuni yollarla pullar daxil olduğunu görəndə, buna etiraz etməlidirlər”

 

“Ölkədə Prezident tərəfindən korrupsiyaya qarşı savaş açılıb”. 

 

Versus.Az xəbər verir ki, bunu AzTV-də yayımlanan “Hədəf” verilişində deputat Qüdrət Həsənquliyev deyib. 

 

O bildirib ki, cəmiyyət korrupsiya ilə mübarizədə dövlətə yardım etməlidir. Q.Həsənquliyev qeyd edib ki, dövlətin aztəminatlı ailələrə ayırdığı kartlar icra başçılarının kabinetlərindən çıxır. Onun sözlərinə görə, Azərbaycanda rüşvət verənlər də cəzalandırılmalıdır:

“Bizdə bəzən insanlar qanunsuz imtiyazlar əldə etməyə çalışırlar. Məsələn, vergidən yayınmaq üçün rüşvət verirlər. İmtiyaz üçün rüşvət verən şəxslər də məmurları yoldan çıxarır. Amma istənilən halda rüşvət verən şəxs məsuliyyətə cəlb edilməlidir. Rüşvət verməsi barədə könüllü məlumat verən şəxs barəsində ən azından yüngülləşdirici halla məsuliyyətə cəlb olunmalıdır”.

 

Deputat rüşvətxor məmurların ailələrinə də çağırış edib:

“Həmin ailələr görürsə ki, evə qeyri-qanuni yollarla pullar daxil olur, buna etiraz etməlidirlər. Əks təqdirdə bunun mənəvi iztirabı da var”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI