Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

12:41 23-05-2020 | icon 2022 | Təhsil
Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

“Bu il Azərbaycan Tibbi Universitetində (ATU)  plan yerlərinin sayı artırılıb”.

 

Versus.Az xəbər verir ki, bunu universitetin mətbuat katibi Günel Aslanova deyib.

 

O bildirib ki, artım bütün ixtisaslar üzrə nəzərdə tutulub.

“Bu ildən “Tibb” ixtisası  adlanacaq, əvvəlki “Müalicə işi” ixtisası üzrə qəbul üçün 550 yer nəzərdə tutulub. Bu ötən il, həmçinin 2018-ci illə müqayisədə daha çoxdur. Çünki 2018- ci ildə aparılan qəbul planında kəskin azalma olmuşdu. Bu da narazılığa səbəb olmuşdu. Keçən illə müqayisədə bu ixtisas üzrə 50 yer artırılıb. Digər ixtisaslarda da plan yerləri artırılıb”. 

 

G.Aslanova yeni açılan ixtisaslar barədə də məlumat verib. Onun sözlərinə görə, yeni açılan ixtisaslardan “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə 40 plan yeri ayılıb:

“Bundan başqa, ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq, bu, ölkədə ilk dəfədir. Bu ixtisasa da 40 yer ayrılıb. Bununla yanaşı magistraturada “Klinik psixologiya” ixtisası üzrə 10, “Səhiyyə menecmenti”  ixtisasına 10 yer, “Əczaçılıq” ixtisasına 15 yer ayrılıb. Həmçinin “Hərbi feldşer işi” üzrə 30 plan yeri ayrılıb. Keçən illə müqayisədə Azərbaycan Tibb Universitetində 200-ə yaxın plan yeri artırılıb”.

 

Qeyd edək ki, 2019/20-ci tədris ili üçün ATU-da 600 plan yeri ayrılmışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər