Yığmamızın oyunçusu Türkiyə klubu ilə müqavilə imzalayıb

12:45 23-05-2020 | icon 573 | İdman
Yığmamızın oyunçusu Türkiyə klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova karyerasını Türkiyədə davam etdirəcək.

 

Versus.Az xəbər verir ki, bu barədə 27 yaşlı blokçunun özü məlumat verib. 

 

O bildirib ki, son iki mövsümdə oynadığı Macarıstan “Vaşaş”ı ilə yeni müqaviləsinə qarşılıqlı şəkildə xitam verib və “Sarıyer Bələdiyespor”la anlaşıb:

“Koronavirus pandemiyası səbəbindən Azərbaycana yaxın bir yerdə legioner həyatı yaşamaq istəyirdim. Çünki 2 aydır Macarıstandan çıxa bilmirəm. İstanbulda olsaydım, artıq ölkəmizə qayıdardım. Bu səbəbdən də “Vaşaş”la müqaviləni pozub, “Sarıyer Bələdiyespor”la bir mövsümlük müqavilə imzaladım. Çalışacam ki, komandamın uğurlu çıxış etməsi üçün əlimdən gələni edim”. 

 

Türkiyə çempionatını seçməsində yeni təcrübə qazanmaq istəyini gizlətməyən Abduləzimova “Sarıyer Bələdiyespor”da da özünü yaxşı tərəfdən göstərəcəyinə inam ifadə edib. O bildirib ki, Sultanlar Liqasında mübarizə kifayət qədər gərgin keçir və bu keçid oyununu daha da yüksəltməyə kömək olacaq. 

 

Qeyd edək ki, “Sarıyer Bələdiyespor” ötən həftə yığmamızın digər voleybolçusu Nikalina Başnakova ilə müqaviləni yeniləyib. /apasport.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı