ALDP-nin partiya sədrləri ilə görüşləri davam edir

13:08 23-05-2020 | icon 763 | Siyasət
ALDP-nin partiya sədrləri ilə görüşləri davam edir

Fuad Əliyev Arzuxan Əlizadə ilə də razılığa gəldi

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Arzuxan Əlizadə arasında görüş keçirilib.

 

ALDP-nin Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, görüş bu gün AMİP-nin Qərərgahında baş tutub.

 

ALDP sədrinin təşəbbüsü ilə keçirilən görüşdə ölkədə demokratik mühitinin formalaşdırılması və partiyaları birləşdirən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Pandemiya dövründə Azərbaycan hökumətinin atdığı addımlar, görülən işlər və çatışmazlıqları da müzakirə edən partiya rəhbərləri, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində DTX və Prokurorluğun həyata keçirdiyi tədbirlərlə bağlı da fikirlərini bölüşüblər.

 

Görüşdə həmçinin müzakirə olunan məsələlərin bundan sonra da gündəmdə saxlanılması üçün mütəmadi məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə olunub.

 

Qeyd edək ki, bundan əvvəl ALDP sədri BAP sədri Elşad Musayev və AĞ partiyanın başkanı Tural Abbaslı ilə görüşlər keçirib.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı