Hitlerə məxsus olduğu iddia edilən timsah öldü

10:30 25-05-2020 | icon 788 | Maraqlı
Hitlerə məxsus olduğu iddia edilən timsah öldü

Moskva zooparkında Hitlerə məxsus olduğu iddia edilən Saturn adlı Missipi timsahı ölüb.

 

Versus.Az xəbər verir ki, bu barədə Moskva zooparkının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

 

Saturn 84 yaşında ölüb. Adətən, timsahlar 30-50 il yaşayır. Bu baxımdan Saturn timsahlar arasında ən uzunömürlü timsah da sayıla bilər.

 

Qeyd edək ki, Saturn 1936-cı ildə ABŞ-da anadan olub, daha sonra isə Berlin zooparkına aparılıb. Timsah 1943-cü ildə Berlin bombalanarkən zooparkdan qaçıb. Britaniyalılar 3 il sonra onu tapıb və SSRİ-yə təhvil verib. Əfsanələşmiş timsah o vaxtdan indiyə qədər Moskva zooparkında məskunlaşıb.

 

Saturnun Hitlerin şəxsi kolleksiyasına daxil olduğu iddia edilib. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI