“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

10:45 25-05-2020 | icon 1246 | Siyasət
“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

Fuad Əliyev: "Hakimiyyət anti-terror əməliyyatlara başlasa, dəstəyimizi verməyə hazırıq"

 

"İctimai siyasi vəziyyəti müzakirə etmək üçün partiyalar və siyasi hərəkat rəhbərləri ilə ikitərəfli görüşlərə başlayacağam. Artıq bu həftə üç partiya liderləri ilə görüşüm olub - Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, AĞ partiyasının başqanı Tural Abbaslı və Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə ilə. Görüşdə ölkədə demokratik mühitin formalaşdırılması və partiyaları birləşdirilən məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Bu məsələləri ictimai müzakirəyə çıxarmaq üçün mütamadi görüşlərin keçirilməsi ilə bağlı razılığa gəldik".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev həftə sonu gündəliyi dəyərləndirərkən bildirib.

 

Partiya sədri gündəmdə olan bir neçə məsələyə toxunaraq öz fikirlərini bildirib.

 

O, eyni zamanda, Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yenidən formalaşması ilə bağlı təklifini şərh edib:

"Əli Hüseynlinin təklifini müsbət dəyərləndirirəm. Əslində maraqlı təklifdir. Aydın məsələdir ki, komissiyanın tərkibini dövlət başçısı müəyyən edir. Son dövrdə iqtidar-müxalifət münasibətlərin normallaşmasını nəzərə alaraq və komissiyaya üzvlüklə bağlı təklif olunsa, ALDP bu tipli formatlarda məmnuniyyətlə iştirak edə bilər".

 

Keçən həftə baş verən digər xəbəri -  Azərbaycanın işğal altındakı Şuşa şəhərində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyanın “andiçmə mərasimi” keçirildiyi və bu mərasimə işğalçı Ermənistanın Baş Naziri Nikol Paşinyanının iştrakını qeyd edərək ALDP sədri bunları deyib:

"Təəssüflər olsun ki, Paşinyanın ora gəlməyinin qarşısını ala bilmədik. Nə Xarici İşlər Nazirliyi, nədə ki, Müdafiə Nazirliyi. Ən azından bir bəyanat vermək lazım idi ki, “sərhədi keçsən səni vuracağıq.” Bunu da etmədilər. Ermənistan rəhbərliyinin bu hərəkətləri bizə əsas verir ki, bütün beynəlxalq normalara uyğun olaraq öz torpaqlarımızı işğaldan azad etmək üçün anti-terror əməliyyatlarına başlayaq. Ermənilər 27 ildir ki, beynalxalq qanunları və verilən qətnamələri qəbul etmək istəmirlər. Deməli, biz 27 ili sülh danışıqlarla itirdik. Bu məsələdə hakimiyyət Azərbaycan xalqının iradəsini nəzərə alıb anti-terror əməliyyatlara başlasa ALDP olaraq dəstəyimizi verməyə hazır olduğumuzu bildirirəm".

 

Fuad Əliyev Mədəniyyət Naziri Əbülfəs Qarayevin işdən çıxarllmasınada münasibət bildirib:

"Əbülfəs Qarayev hətta Nazirliyin işçiləri ilə vidalaşıb. Deməli, onun nazirlikdə korrupsiya işlərindən və fəxri adlarla bağlı verilən rüşvətdən xəbəri olmayıb. İnandırıcı olmasa belə, olsun, nə edək".

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər