Saakyanın "qələmi qırılıb"

16:12 31-05-2018 | icon 837 | Kürsü
Saakyanın "qələmi qırılıb"

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri/

 

İrəvanda Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən “məxməri inqilab” dalğası indi də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlməkdədir. Keçmiş erməni kəşfiyyatçısı, hazırda siyasi fəaliyyətlə məşğul olan Vaan Badasyan da inqilab küləyinin artıq Xankəndinə çatdığını deyib.

Onun fikrincə, "Qarabağ keçmiş rejimin əlindədir və inqilab artıq ora doğru yaxınlaşır. Qarabağdakı ermənilər qorxu içində yaşayır və onlar Xankəndindəki mövcud rejimdən azad olmaq istəyirlər. Qarabağda rejimin dəyişməsi hava-su kimi lazımdır. Əks təqdirdə biz daha pis nəticələrlə üzləşə bilərik”.

 

Keçmiş kəşfiyyatçı “daha pis nəticələr” deyərkən onu nəzərdə tutub ki, Xankəndindəki rejimin zülmü altında yaşayan ermənilər İrəvandan dəstək almasalar, başqa istiqamətə üz çevirə bilərlər. Vaan Badasyan dünən belə fikir səsləndirib ki, - “Bəli, bu, Bakı ola bilər. Azərbaycan rəhbərliyinin Qarabağ siyasətində prioritet istiqamətlərdən biri də oradakı ermənilərin Ermənistandan üz çevirməsini təmin etməkdir. Çünki Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərin öz vətəndaşı olduğunu və münaqişə həll olunandan sonra onların orada rahat şəkildə yaşaya biləcəyini deyir. Bu, istər-istəməz zülm altında yaşayan insanları cəlb edir. Bütün bunları nəzərə alaraq, təcili şəkildə Qarabağdakı rejimi dəyişmək lazımdır”.

 

Bu gün isə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində artıq üsyanın başlandığı barədə xəbərlər gəlməkdədir. Belə ki, “Arsax işığı” (Dağlıq Qarabağ) hərəkatının üzvləri Vaan Badasyan, Qrişa Ayrapetyan, Artuq Xaçatryan, Nerses Oqanyanyan, Vaçik Zakaryan, Aşot Beklaryan, Qnel Ambartsumyan, Albert Ambartsumyan, Mhitar Asribabyan, Arnoldik Sarkisyan, Tiqran Qalfanyan, Vaçik Balasanyan, Suren Sarkisyan, Qor Ayrikyan, Serqey Amiryan və Mqer Petrosyan Qarabağdakı Bako Saakyan rejiminin əleyhinə bəyanatla çıxış ediblər. Onlar Bako Saakyanın devrilməsi üçün hərəkətə keçdiklərini bəyan ediblər. Vaan Badasyan Saakyana çağırış edib ki, o, “hakimiyyəti” qansız-qadasız təhvil versin. Əks təqdirdə güc yolu ilə onu devirəcəklər.

 

Görünən bu ki, Ermənistanda hakimiyyətin dəyişməsinə dəstək verən xarici qüvvələr, bu prosesin qondarma "Dağlıq Qarabağ Respublikası"nda da davam etdirilməsində və B.Saakyan rejiminin devrilməsi ilə nəticələnməsində maraqlıdır. Bako Saakyanın günlərlə İrəvanda dolaşmasının və vaxtının çoxunu Paşinyan komandasının rəsmiləri ilə görüşlərə həsr etməsinin də ona heç bir xeyri dəyməyəcək. Necə deyərlər, artıq Saakyanın "qələmi qırılıb". Ermənistan və Rusiyadan olan hərbi və siyasi ekspertlər isə hələ bir müddət öncə verdikləri proqnozlarda bildirmişdilər ki, Qarabağda daxili çaxnaşma olacağı təqdirdə Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün hərəkətə keçəcək. İndi belə bir fürsət artıq yetişməkdədir. Azərbaycanın öz qanuni torpaqlarında anti-terror əməliyyatına başlaması üçün əlverişli şərait yaranmaqdadır və buna görə rəsmi Bakını heç kim qınaya bilməz.

Allah millətimizə və dövlətimizə Yar olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI