Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

22:21 25-05-2020 | icon 1251 | Mədəniyyət
Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dəyərli aktyorumuz, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Novruzov ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından dəyərli aktyorumuz Ramiz müəllimi yubileyi münasibətilə təbrik edib. Eyni zamanda geniş fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva dəyərli xalq artistimiz Ramiz müəllimə bundan sonrakı yaradıcılığında da böyük uğurlar diləyib.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın Azərbaycan Respublikasının xalq artisti, dəyərli aktyorumuz Ramiz Novruzova ünvanladığı təbrik məktubunda qeyd olunur:


“Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzova
Hörmətli Ramiz müəllim!


Siz Azərbaycan teatr və kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan dəyərli sənətkarımızsınız. Sizin həyat verdiyiniz unudulmaz obrazlar mədəniyyətimizə bəxş etdiyiniz dəyərli töhfə kimi xalqımız tərəfindən hər zaman sevgi və rəğbətlə qarşılanmışdır.


Sizi doğum gününüz münasibətilə Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, firavanlıq, səadət arzulayır və mədəniyyətimizin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik.”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər