"Spartak" azərbaycanlı futbolçunu qovdu

10:31 26-05-2020 | icon 1426 | İdman
"Spartak" azərbaycanlı futbolçunu qovdu

Rusiya "Spartak"ının futbolçusu Ayaz Quliyev ikinci komandaya göndərilib.

 

Versus.az  xəbər verir ki, bu barədə klub rəhbərliyi qərar qəbul edib. Əvəzində əsas komandaya 18 yaşlı Konstantin Şiltsov gətirilib.

"Sport-Ekspress" yazır ki, əslən azərbaycanlı yarımmüdafiəçi komandadaxili nizam-intizamı pozduğu üçün cəzalandırılıb. Bu, özünü "Spartak"ın məşqçilər heyətinin üzvləri ilə qeyri-korrekt ünsiyyətdə göstərib.

24 yaşlı oyunçu fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə münaqişəyə girib. İstedadlı futbolçu serbiyalı mütəxəssisin tapşırıqlarını dəfələrlə şübhə altına alıb. Nəticədə rəhbərlik onu əsas komandadan kənarlaşdırıb.

Quliyev azı Rusiya Premyer Liqasının yekunlaşacağı iyulun sonlarınadək cəzalı qalacaq. Daha sonra onun üçün pulsuz icarə variantı axtarılacaq. Ayda 5,6 milyon rubl (132 804 manat) maaş alan futbolçunun birdəfəlik alınmasından hazırkı şəraitdə söhbət belə getmir. Ona elitada qalacaqları təqdirdə, "Krılya Sovetov" və "Tambov"un iddia edəcəkləri güman olunur.



"Spartak" tərəfinin təşəbbüsü əsasında Quliyevlə əməkdaşlığa son qoyulma variantı da mövcuddur. Ötən il keçmiş kapitan Denis Qluşakov və müdafiəçi Dmitri Kombarov da eyni aqibəti yaşayıb.

Qeyd edək ki, Ayaz Quliyev 2019/2020 mövsümündə "Spartak"da 15 oyun keçirsə də, məhsuldarlıqla yadda qalmayıb. (Report)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...