Bu dərman ölüm riskini artırır

10:36 26-05-2020 | icon 1242 | Sağlamlıq
Bu dərman ölüm riskini artırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariyaya qarşı tətbiq olunan hidroksixloroxin dərmanı ilə COVID-19-a qarşı aparılan kliniki testləri dayandırıb.

 

Versus.az xəbər verir ki, beynəlxalq təşkilatın rəhbəri Tedros Qebreyesus təhlükəsizlik səbəbindən bu addımın atıldığını bildirib.

 

Onun sözlərinə görə, bu dərmanın COVID-19 ilə əlaqədar təhlükəsizliyi yoxlamaq məqsədilə bir sıra ölkələrdəki testlər müvəqqəti olaraq dayandırılıb. Bu barədə qərar hidroksixloroxinlə müalicədən sonra ölüm hallarının artmasına dair elmi araşdırma dərc edildikdən sonra verilib.

 

ABŞ-ın Harvard Universitetinin tibb fakültəsinin (Harvard Medical School) və Sürix Universitet Xəstəxanasının tədqiqat qrupu dünyanın müxtəlif ölkələrində 96 mindən artıq pasiyentin məlumatlarını araşdırıblar və bu araşdırma “The Lancet“ ixtisas jurnalında dərc olunub. Tədqiqatçılar araşdırma zamanı hidroksixloroxin və xloroxinin COVID-19 pasiyentlərində heç bir müsbət nəticə vermədiyi barədə nəticə əldə ediblər, əksinə, bu dərmanların bir çox xəstələrdə ölüm riskini artırması müəyyən edilib. Bundan başqa isə bu dərmanların ürək ritminin pozulması riskini artırdığı da bildirilir.

 

ÜST tərəfindən rəhbərlik edilən beynəlxalq tədqiqatlar çərçivəsində hidroksixloroxin testləri də həyata keçirilir. Bu testlərdə HİV, malyariya, Ebola və dağınız skleroz kimi xəstəliklərə qarşı tətbiq olunan müxtəlif dərmanların COVID-19 qarşı effekti də sınaqdan keçirilir. İki həftədən sonra hidroksixloroxinlə aparılan testlər barəsindən yenidən məsləhətləşmələr keçirilməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər