"Ramil Səfərovla bağlı yanlış və antimilli mövqeyinizə görə sizə ayıb olsun"

13:00 27-05-2020 | icon 397 | Siyasət
"Ramil Səfərovla bağlı yanlış və antimilli mövqeyinizə görə sizə ayıb olsun"

Əlisahib Hüseynov: "Bunların əcaib məntiqinə görə Ramil Səfərov səhv edib"

 

"Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ramil Səfərovun əleyhinə qərar çıxarmaqla işğalçı ölkənin gəbərmiş zabitinin hüquqlarını işğala məruz qalmış ölkənin zabitinin və bütün məcburi köçkünlərimizin hüquqlarından üstün tutdu. Başqa sözlə desək, AİHM bir insanın haqqına görə yüzminlərlə insanın haqqına girdi. AİHM Ermənistan hökumətinin və xaricdəki erməni lobbisinin əlində alətə çevrildi. Ermənilər AİHM-i öz çirkin siyasi məqsədləri üçün rüsvayçı şəkildə istifadə etdilər. Ramil Səfərovla bağlı qərar ilk növbədə Avropa Məhkəməsinin öz imicinə ağır zərbə vurdu. AİHM bundan belə bizim qarşımızda “ədalət nağılları” oxuya bilməz!"

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
Partiya sədri qeyd edib ki, indi ermənilər AİHM-in bu qərarına görə eyforiyaya qapılıblar, sevincək olublar:
 
"Onları hardasa başa düşmək olar. Çünki düşmən düşməndir. Düşmən ən kiçik uğurunu da böyük bir qələbə kimi təqdim edir. Ancaq mən bizim öz daxilimizdəki bir qrup dırnaqarası “humanist”lərin mövqeyini heç cürə başa düşə bilmirəm. Onların arasında siyasətçilər də, QHT fəalları da, bloggerlər də var. Və bu adamların əcaib məntiqinə görə Ramil Səfərov səhv edib. Onlar hesab edir ki, Ramil Səfərov erməni zabitinin üzərinə balta qaldırmamalıymış. Bu xəstə “məntiq”dən isə belə çıxır ki, Ramil onu təhqir edən, dövlət bayrağımıza söyən yaramaz erməninin üzünə gülümsəyib keçməliymiş..."
 
 
Bu cür “məntiq” yiyələrini, ifrat “humanist”ləri doğrudan da heç cürə başa düşməyin mümkün olmadığını deyən Ə.Hüseynovun sözlərinə görə, bunlar necə deyərlər özlərini Roma Papasından da qatı katolik kimi təqdim etməyə çalışanlar, ermənilərə qarşı ermənilərin özlərindən daha artıq canıyananlıq göstərməyə can atanlardır. DADP sədri bu cür dırnaqarası “humanist”lərə, “pasifist”lərə müraciətlə "tutduğunuz yanlış və antimilli mövqeyinizə görə sizə ayıb olsun!" deyib:
 
 
"Hesab edirəm ki, bu gün biz hamımız Ramil Səfərova mənəvi dəstək olmalıyıq. Onu qınamaq, onun hərəkətində səhv axtarmağa çalışmaq qəhrəmanlıq deyil, aşağılıqdır. Ramil Səfərova əsl qiyməti vaxtilə cənab Prezident özü verib. Dövlət başçısı bizim cəmiyyət olaraq Ramilə necə yanaşmalı olduğumuzu öz şəxsi nümunəsi ilə göstərib. Prezident İlham Əliyev Ramil Səfərovu böyük çətinliklərdən sonra Vətənə gətirməklə və onu əfv etməklə tarixi addım atıb. Heç kimə sirr deyil ki, Ramil Səfərov öz zabit şərəfini qoruyub və erməni zabitini qətlə yetirib, Ermənistanın işğalçı siyasətinə özünəməxsus formada münasibətini bildirib. Ramil Səfərovun yerində olsaydım mən də eyni addımı atardım. Və bu addıma görə əslində Ramil Səfərova anlayışla yanaşılmalıydı, onu həbs etməməliydilər. Lakin Ramil Macarıstanda 8 il həbsxana həyatını yaşamalı oldu. Sonra isə Prezident tərəfindən haqlı olaraq əfv edildi. Mən Prezidentimizin Ramil Səfərovla bağlı hələ ilk günlərdən tutduğu mövqeyini və siyasi iradə nümayiş etdirərək onu Vətənə gətirməsini, əfv etməsini tariximizə qızıl hərflərlə yazılacaq hadisələrdən biri hesab edirəm".
 
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı