“Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?”

16:31 27-05-2020 | icon 194 | Geopolitika
“Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?”

"Ermənistan hələ ki, potensial “cəzalandırıcı” həll yolunu seçir və..."

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın Böyük Britaniyanın nüfuzlu Atlas Beynəlxalq Məsələlər İnstitutunda “Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?” başlıqlı məqaləsi dərc olunub.

 

Versus.az xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamaqla öz yurd-yuvalarından didərgin düşmüş insanların vətənlərinə qayıtmaq hüquqlarının əllərindən alması faktı vurğulanır, münaqişələrin “inteqrativ və cəzalandırıcı” həll yollarına dair yanaşmalar Ermənistan-Azərbaycan münaqişəsi kontekstində nəzərdən keçirilir.

 

Qeyd olunur ki, Ermənistanın təcavüzkar və işğalçı siyasəti ilə üzləşmiş Azərbaycan bütün bunlara baxmayaraq davamlı inkişaf yolu keçib, regional və beynəlxalq miqyasda həyata keçirdiyi iri enerji və nəqliyyat layihələri, eləcə də artan beynəlxalq nüfuzu ilə artıq “orta miqyaslı güc”ə  çevrilib. Ermənistan isə öz işğalçı siyasətindən əl çəkmədiyi müddətdə bütün regional enerji və infrastruktur layihələrindən kənarda qalmaqla özünü təcrid siyasətinə məhkum etməyə davam edir.

 

Bundan əlavə, qeyd edilir ki, hər bir münaqişənin öz fərdi xüsusiyyətləri var, lakin heç bir münaqişə əbədi deyil. “Azərbaycan bu ədalətsiz münaqişə nəticəsində itirdiyi torpaqlarının bir qarışını da güzəştə getməyəcəyini dəfələrlə bəyan edib. Azərbaycanın artan iqtisadi və siyasi potensialı və nüfuzu qarşısında Ermənistan rəsmilərinin “çiçəklənən Ermənistan” barədə səthi bəyanatları müqayisəedilməzdir. Hər bir münaqişənin isə qalib və məğlub tərəfləri olur”,- deyə müəllif əlavə edir.

 

Münaqişələrin həlli ilə bağlı mövcud olan “inteqrativ və cəzalandırıcı” həll yollarına diqqət çəkilərək qeyd edilir ki, əgər Ermənistan nəhayət ki, vəziyyəti real qiymətləndirib öz işğalçı siyasətindən əl çəkərək, səmimi şəkildə danışıqlar prosesini davam edərsə, işğal etdiyi torpaqları geri qaytararaq məcburi köçkünlərin öz yuvalarına qayıtmaları üçün şərait yaradarsa, o zaman onun üçün “inteqrativ” həll yolu seçilə bilər:

“Bu halda Azərbaycan Ermənistanla əlaqələri, kommunikasiyaları bərpa edər və bu dövlətin bu zamanadək kənarda qaldığı regional enerji və infrastruktur layihələrində iştirakı da nəzərdən keçirilə bilər. Əks təqdirdə, əgər Ermənistan öz işğalçı siyasətini davam edərsə, o zaman Azərbaycanın öz ərazi bütövlüyünü gec-tez bərpa etdikdən sonra Ermənistan üçün yeganə yol “cəzalandırıcı” ola bilər. Bu isə qalib və məğlub tərəf arasında güclü asimmetriya yaratmaqla məğlub tərəfin daha da təcrid edilərək asılı vəziyyətə salınması deməkdir. Görünür ki, nə keçmiş, nə də indiki Ermənistan rəhbərliyi öz ölkələrini düşdüyü bu acınacaqlı vəziyyətdən çıxartmaq haqqında təsəvvürləri olmayıb və indi də yoxdur. Buna görə də, Ermənistan hələ ki, potensial “cəzalandırıcı” həll yolunu seçir və bunu etməklə o, öz xalqını bu gün və gələcəkdə cəzalandırmaqda davam edir”. /Modern.az/

 

Daha ətraflı: https://www.internationalaffairshouse.org/does-armenia-want-an-integrative-or-punitive-solution/

Xəbər lenti

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

"Bəhram Bağırzadə artıq oturur, aktiv hərəkətlərə cəhd edir"

Deputat Prezidentin müsahibəsində Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan YAZDI

“İnanırıq ki, yaxın zamanlarda bizim də məsələmiz ciddi şəkildə müzakirə ediləcək” - MÜSAHİBƏ

"Dövlət siyasi partiyaların rolu və əhəmiyyətini nəzərə alır"

Azərbaycanı güc mərkəzinə çevirən şərtlərin “Yol xəritəsi” - MÜSAHİBƏ

"Bu adamlar AXC-ni “sataraq” keçmişdilər Ramiz Mehdiyevin tərəfinə, indi isə"

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

44 yaşlı Şarliz Teronun rolunu gənc aktrisaya verdilər

Əlilliyi olan ifaçılar üçün nəzərdə tutulan layihə - FOTO

Ronaldu Corcina Rodrigesin çimərlik geyimində paylaşdığı fotoya şərh yazdı - FOTO

“Qalatasaray” çempionluq şansını itirdi

Mütəxəssis saç tökülməsinin iki əsas səbəbini açıqladı

Meyvələrin içindən çıxan iynələr qorxu yaratdı - FOTO/VİDEO

Boyu iki metrdən çox olan qadın həddindən artıq uzun ayaqlarından danışdı - FOTO

21 ölü - ANBAAN VİDEO

Heç bir zərərli yeməkdən imtina etmədən 69 kiloqram arıqladı - FOTO/VİDEO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Dövlət İmtahan Mərkəzi saxtakarlara ETİRAZ ETDİ

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək

Qlobal savaşlar müstəvisində Azərbaycanın rolu – MÜSAHİBƏ

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı