Sərdar Cəlaloğludan ETİRAZ

16:36 27-05-2020 | icon 464 | Siyasət
Sərdar Cəlaloğludan ETİRAZ

“Elə bil mənim onlara borcum var, hər imkanı yaratmalıyam”

 

“Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının əksəriyyəti böyük tədbirlərini, toplantılarını Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirirlər. Biz onlara heç bir maddi qarşılıq gözləmədən şərait yaratmağa çalışırıq”.

 

Versus.Az xəbər verir ki, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu deyib. Partiya rəhbəri qərargahdan istifadə müqabilində siyasi təşkilatlardan qətiyyən haqq tələb etmədiyini vurğulayıb:

 

“Hətta bəzən olur ki, konfranslar, tədbirlər bitəndən sonra biz öz cibimizdən pul verib, konfrans zalımızı təmizlətməli oluruq. Bilirsiniz, Azərbaycanda siyasi mədəniyyət, o cümlədən belə məsələlərdə səliqə-səhman aşağıdır. Hər iclasdan sonra qərargahdan torba-torba, vedrə-vedrə siqaret kötükləri, su butulkaları, tullantılar yığılır. Elə siyasi təşkilatların rəhbərləri var ki, gəlirlər, tədbir keçirirlər, yer verdiyimizə görə, adi bir “sağol” da demirlər. Elə bil ki, mənim onlara borcum var, hər imkanı yaratmalıyam”. 

 

Cəlaloğlu onu da qeyd edib ki, ölkəmizdə siyasi partiyalarla bağlı qanunda dövlət orqanlarının partiyalar qarşısındakı öhdəlikləri öz əksini tapıb:

 

“Qanunda qeyd edilib ki, siyasi partiyalar qərargahla təmin edilməlidir, maliyyələşdirilməlidir, dövlət informasiya vasitələrindən istifadəsinə imkan verilməlidir, bir sözlə dövlətin və cəmiyyətin siyasi həyatında aktiv iştirak üçün hər şərait yaradılmalıdır. Bu məsələləri kiminsə təklif etməyinə, qaldırmağına ehtiyac yoxdur”. /Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin