Yatan arvadının üstünə ilan atıb, öldürdü - FOTO/VİDEO

07:53 28-05-2020 | icon 640 | Maraqlı
Yatan arvadının üstünə ilan atıb, öldürdü - FOTO/VİDEO

Kişi arvadının varidatını ələ keçirmək üçün onu ilanla öldürüb.

 

“Malayala Manorama” qəzetinin məlumatına görə, dəhşətli hadisə Hinistanda baş veriib.

Polis hesabatına əsasən, bu Suracın arvadı Utranı öldürmək üçün ikinci cəhdi olub. Birincisi martın 2-də baş verib. O, arvadının yataq otağına zəhərli gürzə atıb. Bundan sonra zərərçəkən iki ay xəstəxanada müalicə alıb. Sonra o, ata evinə gətirilib.

 

İkinci sui-qəsd də burda baş verib. 27 yaşlı Surac arvadı ilə bir otaqda qalandan sonra onun üstünə kobra ilanını atıb. Bu dəfə qadının həyatını xilas etmək mümkün olmayıb. 

 

“Surac onun otağında gecələyib və özünü heç nədən xəbəri yox imiş kimi aparıb. Onu Utranın anasının qışqırıqları oyadıb”, - deyə polis hesabatında bildirilib.

 

Sonradan otaqda kobra tapılıb və öldürülüb.

Utranın ölümündən bir neçə gün sonra Surac onun varidatını ələ keçirmək istəyib. Bundan sonra şübhələr ona yönəlib.

 

Müstəntiqlər Suracın ilansatanlarla zəngləşdiyini, həmçinin internetdən ilanlarla bağlı məlumatları araşdırdığını müəyyən edib. 

 

O da vurğulanıb ki, Utra imkanlı ailənin qızı olub, özəl bankın işçisi olan ərinin isə pula ehtiyacı olub.

 

Nikah vaxtı Suraca 100 qızıl sikkə, yeni avtomobil və yarım milyon rupi pul (11 293 AZN) hədiyyə edilib.

 

“O, qorxurdu ki, boşansa bütün bunları qaytarmalı olacaq. Ona görə də öldürməyə qərar verib”, - deyə polis hesabatında vurğulanıb.
 


Surac və onu ilanla təmin edən şəxs həbs olunub. İstintaqa başlanılıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”