İDDA Dilqəmlə Şahbazın işinə baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi

18:45 28-05-2020 | icon 986 | Cəmiyyət
İDDA Dilqəmlə Şahbazın işinə baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi

“Girovda olduqları zaman dünyalarını dəyişərlərsə, məhkəmənin qərarının hansı əhəmiyyət kəsb edəcəyi düşündürücüdür

 

Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova Avropa İnsan Hüquqları Məhkəməsinin Prezidenti Robert Spanoya Ermənistan tərəfindən qeyri-qanuni girov götürülmüş, məcburi köçkünlər - Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən baxılmaqda olan işin mümkün qədər tezləşdirilməsi ilə əlaqədar müraciət etdi.

 

Beynəlxalq Dialoq və İnkişaf Alyansının Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, beş ildir Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı mövcud iş İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmaqdadır. Həmçinin qeyd olunur ki, girovların səhətində cox ciddi problemlər var və həkim nəzarətində saxlanılmaqdadırlar:

“...Avropa məhkəməsində isə məsələyə baxılması prosesi uzanır. Girovların səhhətlərinin hər an ağırlaşa biləcəyi ehtimalı yüksəkdir. Onlar girovluqda olduqları zaman dünyasını dəyişərlərsə, məhkəmənin qərarının hansı əhəmiyyət kəsb edəcəyi düşündürücüdür”.

 

Məktubda, Avropa İnsan Hüquqları Məhkəməsinin Prezidenti Robert Spanodan Ermənistan tərəfindən girovluqda saxlanılan, azərbaycanlı məcburi köçkünlər - Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətindəki ciddi problemləri nəzərə alaraq, Avropa məhkəməsindən məsələyə baxılması prosesinin sürətli həllinə qərar verməsi ilə bağlı müraciət edilib.

 

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...