Deputatın təşəbbüsü ilə Tovuz rayonunun 20 kəndinə və Qovlar şəhərinə maska göndərilib

20:12 29-05-2020 | icon 615 | Sosial
Deputatın təşəbbüsü ilə Tovuz rayonunun 20 kəndinə və Qovlar şəhərinə maska göndərilib

"Hər birimiz belə ailələrə dəstəyimizi daha da artırmalıyıq"

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə Tovuz rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, bir sıra məktəblərin kollektivləri, kənd icra qurumlarının çalışanları, fiziki imkanları məhdud şəxslər, Tovuz Gənclər Evinin könüllüləri, tənha şəxslər və aztəminatlı ailələr üçün 2000-dən çox maska göndərilib.

 

Versus.Az xəbər verir ki, maskalar millət vəkili Qənirə Paşayevanın xahişi və çağırışına əsasən “Bakı Tesktil Fabriki” tərəfindən ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonunun 20 kəndinə və Qovlar şəhərinə hədiyyə edilib.

 

"Cənab Prezidentimizin bildirdiyi kimi "Biz birlikdə güclüyük" və hər kəs öz imkanları daxilində dünyanı cənginə almış karonavirusla mübarizədə öz töhfəsini verməli, xalqımızın sağlamlığı, dövlətimizin rifahı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməlidir deyən" Qənirə Paşayeva Heydər Əliyev Fondunun pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək aksiyasını yüksək qiymətləndirərək hər birimiz bu addımlardan örnək alıb belə ailələrə dəstəyimizi daha da artırmalıyıq deyib.

 

Millət vəkili seçicilərini və hər bir vətəndaşımızı koronavirus pandemiyasından qorunmaq üçün evdən çıxan zaman maska taxmağa, getdiyi yerlərdə sosial məsafəni gözləməyə, tibbi-gigiyenik qaydalara yüksək səviyyədə əməl etməyə çağırıb.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Cəbhədə gərginlik

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri