"Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi hər zaman dövlətin diqqətindədir"

20:28 29-05-2020 | icon 185 | Sosial
"Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi hər zaman dövlətin diqqətindədir"

Əlisahib Hüseynov: "Bu, torpaqlarımızın azad ediləcəyi günə qədər dövlətimizin əsas proritetlərindən biri olacaq"

 

"Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çox önəmli fikirlər səsləndirdi. Eyni zamanda qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin hər zaman dövlətin diqqətində olduğunu bir daha əyani şəkildə sübut etdi. Ölkə başçısı öz çıxışlarında həmişə birmənalı olaraq bildirib ki, işğal olunmuş torpaqlar erməni silahlı qüvvələrindən azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bunun alternativi yoxdur. Lakin torpaqlarımızın azad ediləcəyi günə qədər məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması da dövlətimizin əsas proritetlərindən biri olaraq qalacaq".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Məcburi köçkünlərin sığındığı çadır şəhərciklərinin ləğv olunmasının da məhz bu məqsədə xidmət etdiyini deyən partiya sədri vurğuladı ki, indiyə qədər dövlət tərəfindən 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə təmin olunub:

"Dünyada iqtisadi böhranın və pandemiyanın hökm sürdüyü belə çətin məqamda məcburi köçkünlərlə bağlı bütün layihələr Prezidentin diqqət mərkəzindədir. Biz bu layihələrin heç birində nə yubanmalara, nə də ki, ixtisarlara rast gəlməmişik. Mən özüm də məcburi köçkünəm və Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam. Ölkə başçısının məcburi köçkünlərə qarşı diqqət və qayğıkeşliyini yüksək qiymətləndirirəm".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Cəbhədə gərginlik

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri