Yaxın aylarda “Reabilitasiya” elektron sistemi işə salınacaq

12:50 30-05-2020 | icon 415 | Sosial
Yaxın aylarda “Reabilitasiya” elektron sistemi işə salınacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri yekunlaşmaqdadır. Altsistemin yaxın aylarda işə salınması nəzərdə tutulur.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, “Reabilitasiya” altsistemi nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) arasında e-formada məlumat mübadiləsinə və onların əlaqəli fəaliyyətinin qurulmasına xidmət edəcək.

 

Reabilitasiya müəssisələrinə qəbul da həmin komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında həyata keçiriləcək. Bu da qəbul prosesinin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin daha təkmil qurulmasına şərait yaradacaq.

 

Eyni zamanda, bərpa müəssisələrinə qəbul edilmiş şəxslərlə bağlı görülmüş reabilitasiya tədbirləri və onların nəticələri “Reabilitasiya” altsisteminə daxil ediləcək. Bu məlumatlar həmin şəxslərlə bağlı fərdi reabilitasiya proqramının tərtib olunması və icrası prosesində zəruri informasiya bazası kimi önəmli rol oynayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları