Daha 2 futbolçu ilə yollar ayrıldı

17:01 31-05-2018 | icon 565 | İdman
Daha 2 futbolçu ilə yollar ayrıldı

“Qəbələ” daha iki futbolçu - Vitali Vernidub və Famussa Kone ilə yollarını ayırıb.

 

Versus.Az klubun saytına istinadən məlumat verir ki, futbolçuların 2017-2018-ci illər mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib.

 

2015-2016-cı illər mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan V.Vernidub komandanın heyətində 78 oyun keçirib. 3 qol vuran ukraynalı müdafiəçi Premyer Liqada 45, UEFA Avropa Liqasında 26, Azərbaycan kubokunda isə 7 oyuna çıxıb. O, Premyer Liqada 2, avrokuboklarda 1 dəfə fərqlənib. Arxa xətt oyunçusu “Qəbələ” ilə Premyer Liqanın iki gümüş və bir bürünc mükafatını qazanıb, iki dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib və iki dəfə ölkə kubokunun finalçısı olub.

 

Ötən yaydan “Qəbələ”də çıxış edən F.Kone 33 matçda 7 qol vurub. Malili hücumçu çempionatda 23 oyunda 6 dəfə fərqlənibsə, kubokda 6 matça 1 qol vurub, avrokubokda isə 4 görüşə çıxıb. O, komanda ilə Premyer Liqanın gümüş medalını əldə edib və kubokun finalçısı olub.

"Qəbələ" bundan əvvəl Ruslan Qurbanovla da yollarını ayırıb.

 

2016-cı ilin yayından “qırmızı-qara” forma geyinən R.Qurbanov komandada ümumilikdə 59 oyun keçirib, 11 qol vurub. Yarımmüdafiəçi çempionatda 45 (6 qol), kubokda 8 (3 qol), avrokuboklarda 6 (2 qol) oyuna çıxıb. O, Premyer Liqada iki gümüş medal əldə edib, iki dəfə kubokun finalına yüksəlib və UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin