"Bu vizadan azad etmə sazişi tarixi bir hadisədir"

17:38 31-05-2020 | icon 339 | Siyasət
"Bu vizadan azad etmə sazişi tarixi bir hadisədir"

Qənirə Paşayeva: "Postpandemiya dövründə turizmin güclənməsi iqtisadiyyatımız üçün vacib məsələdir"

 

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında çıxış edib.

 
 
Versus.Az xəbər verir ki, Türkiyədə səfərdə olarkən vətəndaşlar tərəfindən məsələ ilə bağlı çoxlu sayda müraciətlər aldığını deyən Qənirə Paşayeva bu sazişin tarixi bir hadisə olduğunu bildirib.
 
 
Azərbaycandan Türkiyəyə gedən insanların sayı çox olsa da, Türkiyədən Azərbaycana gələnlərin çox az olduğunu vurğulayan millət vəkili 90 günlük viza sisteminin ləğv olunmasının bu məsələyə böyük töhfələr verəcəyini də deyib.
 
Qənirə Paşayeva qardaş Türkiyədə Avropa ölkələrinə satılan biletlərin qiymətinin Azərbaycanla müqayisədə daha ucuz olması məsələsinə də toxunub:
 
“Türkiyədən Azərbaycana, xüsusilə də Gəncə şəhərinə aviabiletlərin qiyməti çox yüksəkdir. Gəncədə olarkən mənə bildirdilər ki, burada yerhaqlarının yüksək olması biletlərin qiymətinə də öz təsirini göstərir. Bölgələrimizə gələn turistlərin sayının artması birbaşa həmin bölgənin iqtisadiyyatının güclənməsinə təsir edir.”
 
 
Postpandemiya dövründə turizmin güclənməsinin iqtisadiyyatımız üçün vacib məsələ olduğunu vurğulayan Qənirə Paşayeva məsələnin həlli üçün aidiyyatı qurumlara çağırış edib.
 
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür