"Sosial şəbəkələrə qanunvericiliklə naşir statusu verilməlidir"

18:05 31-05-2020 | icon 323 | Siyasət
"Sosial şəbəkələrə qanunvericiliklə naşir statusu verilməlidir"

Razi Nurullayev: "Söz azadlığına toxunmadan bunun işlək mexanizmini də düşünməliyik"

 

"ABŞ Prezidenti cənab Donald Trampın sosial şəbəkələrlə bağlı verdiyi qərar Azərbaycana da təsir edəcək və analoji qərarın verilməsinə gətirib çıxaracaq. Birmənalı demək lazımdır ki, bu qərar daha çox vətəndaşların maraqlarının qorunmasına yüklənib. Hər bir kəs bu qanunda vətəndaş maraqları baxımından nəzərdən keçirilir və bunu doğru sayıram. Çünki vəzifəli şəxslər də digər istifadəçilər kimi sosial şəbəkələrin qurbanı kimi nəzədən keçirilir və siyasi fürsətçillərə yer qoymur. Bizdə də sosial şəbəkələrlə bağlı qərar verilən zaman istifadəçilərin söz azadlığını da qətiyyən məhdudlaşdırmaq olmaz. Amma verilən qərar vəzifəli şəxslər də daxil istifadəçiləri qeyri-etik məzmundan qorumalıdır".

 

Versus.Az xəbər verir ki, bunu "facebook" hesabında millət vəkili Razi Nurullayev yazıb.

 

R.Nurullayev bildirir ki, qeyri-etik, arzuolunmaz məzmunla bağlı sosial şəbəkə şirkətləri məsuliyyət daşıyır və bizim qanunda bu öz əksini tapmalıdır:

""YouTube" və "Facebook" sosial şəbəkələrində xüsusi olaraq Prezidenti və ailəsini təhqir etmək üçün səhifələr yaradılıb. Əgər dövlətin birinci və ikinci şəxsləri təhqirə məruz qalırlarsa, digər vəzifəli şəxslərdən və adi istifadəçilərdən danışmağa dəyməz. Bu məsuliyyəti birbaşa "Facebook", "YouTube" və "Google"-nin rəhbərliyi Mark Zuckerberg, Sergey Brin, Larry Page və Sundar Piçay daşıyır. Prezident və ailəsi ilə bağlı təhqirlər günlərlə, aylarla qalır, pozulmur. Azərbaycan yeni qanunla tələb etməlidir ki, bu şirkətlər ölkə üzrə nümayəndə təyin etsinlər və onlar arzuolunmaz məzmunu pozmaq, qadağan etmək səlahiyyətinə malik olsunlar. Yoxsa, biz günlərlə çalışıb şirkətdə hansısa mininci adama çıxıb filan səhifəni bağla və ya filan yazını pozun deyə bilmərik. Hesab edirəm ki, sosial şəbəkələrə qanunvericiliklə naşir statusu verilməlidir, indiki forum statusu onları qanundankənar qoyur".

 

Millət vəkili qeyd edib ki, əlavə olaraq qanunla tənzimlənsin ki, hər bir onlayn media qurumu, hər bir bloger, hər bir şirkət onun paylaşımlarının altında yazılan şərhlərə görə məsuliyyət daşısın:

"Hər bir kəs qanunla məsuliyyət daşımalı və onun məsuliyyət dairəsi də qanunla aydın şəkildə göstərilməlidir. Lakin biz söz azadlığına toxunmadan bunun işlək mexanizmini də düşünməliyik. İşlək mexanizm olmasa, qanun qəbul olunsa belə idarə etmək mümkün olmayacaq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi