Əli Hüseynli Vahid Əhmədova irad tutdu

18:34 31-05-2020 | icon 338 | Siyasət
Əli Hüseynli Vahid Əhmədova irad tutdu

“Çox təəssüf olsun ki, sizin buradakı çıxışınızda həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz”.



Versus.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin plenar iclasında deputat Vahid Əhmədovun çıxışına cavab verərkən deyib.



I vitse-spikerin sözlərinə görə, bu zalda oturan deputatlar əli silahlı döyüşən Elman Məmmədovdan tutmuş, sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü qarabağlı kimi hiss edir:

“Hər kəs burada Qarabağ deputatıdır. Siz burada nahaq yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən, Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etmisiniz. Bu baxımdan birmənalı bildirirəm ki, nəinki Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ məsələsi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”.



Spiker Sahibə Qafarova da çıxış edərək bildirib ki, Əli Hüseynlinin fikri ilə onun və müavinlərinin fikri eynidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol