"Danışanda yüz ölçüb, bir biçmək lazımdır”

19:20 31-05-2020 | icon 351 | Siyasət
"Danışanda yüz ölçüb, bir biçmək lazımdır”

Fəzail İbrahimli: "Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır"

 

“Şimaldan, cənubdan, şərqdən və qərbdən uzanan iti caynaqlar və məsud baxışlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin Sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

Onun sözlərinə görə, kifayət qədər düşmənlərimiz var: 

“Avropa heyranlarımız var. Belə bir məqamda bizim özümüzdən başqa bir-birimizə söykənib, əl-ələ verib bu çətin məqamlarda ən çətin vəziyyətdən çıxmaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilər. Bizim kifayət qədər təcrübəli deputatlarımız da var. Müəyyən məsələlər var ki, o məsələlərdə çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Ona görə də hər bir sözümüzü ölçüb-biçməliyik. Millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb, bir biçmək lazımdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF