Deputatdan dövlət qurumları yanında İctimai şuraların yaradılması TƏKLİFİ

12:07 01-06-2020 | icon 371 | Siyasət
Deputatdan dövlət qurumları yanında İctimai şuraların yaradılması TƏKLİFİ

Razi Nurullayev: "İctimai şuralar elə seçilməlidir ki, dövlət qurumlarından asılı olmasın"

 

“Dövlət qurumları, bütün İcra hakimiyyətlərinin yanında İctimai şuraların yaradılması və ya yenidən qurulması vacibdir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında millət vəkili Razi Nurullayev deyib.

 

O bildirib ki, ictimai nəzarət mexanizmini işlək formaya salmaq lazımdır:

“İctimai şuralara vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ziyalılar daxil olmalıdır ki, hər kəs bir-birinə nəzarət edə bilsin. İctimai şuralar elə seçilməlidir ki, dövlət qurumlarından asılı olmasın.

Bundan başqa, deputatlardan ibarət nəzarət mexanizmi yaradılmasına ciddi ehtiyac var. 5-6 nəfərlik deputat korpusundan yaradılan bu komissiyalar təhkim olunduqları dövlət qurumlarına nəzarət funksiyasını yerinə yetirsin və ehtiyac duyulduğu təqdirdə həmin qurumun fəaliyyətini Milli Məclisin müzakirəsinə çıxarsın, həm də o qurumun şəffaf fəaliyyətinə görə məsuliyyət daşısın.

Şəxsən Prezidentin başlatdığı şəffaflıq prosesinə inanıram və onun effektiv olmasını istəyirəm. Hesab edirəm ki, hörmətli deputatlarımız bu missiyanı yerinə yetirmək üçün tam hazırdır və biz Milli Məclis olaraq, bu işdə öz imkanlarımızdan istifadə edib, islahatlara dəstəyimizi daha effektiv edə edəcəyik”.

 

SEVDA
VersusAz

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin