“Sosial şəbəkələrdə təhqirə ən çox məruz qalanlardan biriyəm”

13:51 01-06-2020 | icon 398 | Siyasət
“Sosial şəbəkələrdə təhqirə ən çox məruz qalanlardan biriyəm”

Adil Əliyev: "Dəyişikliklərin edilməsi üçün peşəkar hüquqşünaslar da bu məsələyə cəlb edilsin"

 

"Hazırda bütün dünyada 4,54 milyard sosial şəbəkə istifadəçisi var”. 

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında vitse-spiker Adil Əliyev deyib. 

 

O bildirib ki, sosial şəbəkələrin bir çoxu ABŞ-da yaradılıb və ofisləri ordadır:

“Lakin ABŞ-da sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlanıb. Layihənin əsas məqsədi terrorçuluqla və digər hallarla bağlı çağırışların qarşısını almaqdır. Sosial şəbəkə istifadəçisi təbii ki, fikrini ifadə etməlidir. Lakin Konstitusiyanın 47-ci maddəsi diqtə edir ki, tənqidə dözümlü olmalıyıq, təhqirə isə yox. Sosial platformalar hansısa məqsədlərə nail olmaq üçün istifadə edilən yerdir. ABŞ prezidentinin dediyi kimi, sosial şəbəkələr bir qrup insannın maraqlarını təmin edən platformaya çevrilib. Son zamanlar ölkəmizdə də müharibə, terrorizm və s. ilə bağlı çağırışlar edilir. Ancaq bu qanunazidd addımların qarşısı alınır. Lakin bizim müvafiq komitəmizdə bu məsələ ilə bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsinə ehtiyac var. Cinayət və İnzibati Xətalar Məcəlləsində bu dəyişikliklərin edilməsi üçün peşəkar hüquqşünaslar da bu məsələyə cəlb edilsin”.

 

Millət vəkili qeyd edib ki, təhqirə ən çox məruz qalan deputatlardan biri də özüdür:

“Mən cavab verdiyim üçün onlar bunu daha da davam etdirirlər. Mənimlə eyni gündə digərlərini də təhqir ediblər, onlar susublar deyə, daha onların üstünə getməyiblər. Bu məsələdə susmaq olmaz. Sabah digərlərimiz də təhqirə məruz qala bilərik. Ona görə də bununla biz birgə mübarizə aparmalıyıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin