Deputat seçicilərin təklifi ilə bağlı çağırış etdi

19:14 01-06-2020 | icon 336 | Siyasət
Deputat seçicilərin təklifi ilə bağlı çağırış etdi

Qənirə Paşayeva: "Ünvanlı sosial yardımın verilməsində şəffaflığın yaradılması da təqdirə layiq olar"

 

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin plenar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” çıxış edib.

 
 
 
Versus.Az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini deyən Qənirə Paşayeva Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görülən işlərin, aparılan inqilabi dəyişikliklərin, ünvanlı sosial yardımın verilməsində şəffaflığın yaradılmasını da təqdirə layiq olduğunu bildirib.
 
 
Hər gün ünvanlı sosial yardımla bağlı çoxlu sayda müraciətlər aldığını deyən millət vəkili problemin kökünün vətəndaşın adında torpaq olması amilinin olmadığını vurğulayıb. O bildirib ki, problemin kökü çox fərqlidir:
 
“Pay torpaqları vətəndaşlara verilən zaman ya atanın, ya da ananın adına verilib. Vətəndaş adına pay torpağı olan valideyni dünyasını dəyişdikdən sonra sosial yardım almaq üçün müraciət edəndə ona deyilir ki, pay torpaq rəhmətə gedən valideynin adından övladların birinin adına sənədləşdirilməlidir. Pay torpağının bu cür sənədləşməsi üçün isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tələb olunan rüsum, xidmət haqları ödənilməlidir ki, bu rüsum və xidmət haqları aztəminatlı, ünvanlı sosial yardım almağa müraciət edən ailələr üçün çox yüksəkdir. Vətəndaş bu sənədlərin düzəldilməsi üçün 150 manata qədər rüsum, xidmət haqqı ödəmək məcburiyyətində qalır. Bəzi ailələrdə hər iki tərəfin valideyni rəhmətə getdiyi halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində sənədlərin düzəldilməsi üçün rüsum haqqı 300 manata çatır. Ailələr isə bu məbləği ödəməkdə çox çətinlik çəkir. Ona görə aidiyyati qurumları bu məsələnin həll yolunu tapmağa, xidmət və rüsum haqlarının qiymətlərinin aşağı salınmasına çağırıram. Ən azından ünvanlı sosial yardım almaq üçün müraciət edənlər üçün bu vəsaitlər azaldılmalıdır”.
Ön cəbhə kəndlərində yaşayan sakinlər arasında pay torpaq bölgüsünün aparılmaması məsələsinə də toxunan millət vəkili Qənirə Paşayeva bu kəndlərin sakinlərinin qarşılaşdığı problemlərdən də danışıb: “Belə ki, sakinlər ünvanlı sosial yardım üçün müraciət etdikləri zaman onlara deyilir ki, məşğulluğunuz olmalıdır. Sözügedən kəndlərdə kifayət qədər məşğulluq imkanlarının olmadığını nəzərə alsaq insanlar çıxış yolu olaraq sahibkar kimi qeydiyyatdan keçməli olurlar. 1 il müddətində rüblük hesabatlara əsasən əgər sahibkar kimi gəlirləri aylıq 160 manatdan az olarsa o zaman vətəndaşlara ünvanlı sosial yardımın verilməsi məsələsinə baxılır. ” Bu prosesin çox uzun olduğunu bildirən Qənirə Paşayeva aidiyyatı qurumları məsələni diqqətdə saxlamağa çağırıb və ön cəbhə kəndləri üçün müəyyən güzəştlərin edilməsini xahiş edib.
 
 
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol