Parlament həkim-transplantoloqun vəzifələrini BƏLLİ EDİR

10:13 02-06-2020 | icon 473 | Sağlamlıq
Parlament həkim-transplantoloqun vəzifələrini BƏLLİ EDİR

Orqan köçürülməsinə nəzarət edən həkim-transplantoloqun hüquqları və vəzifələri müəyyənləşəcək.

 

Versus.az xəbər verir ki, məsələ  iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının  donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

 

Layihədə qeyd olunur ki, həkim-transplantoloq o həkim olacaq ki, həm donor orqanının donordan resipiyentə köçürülməsi əməliyyatını aparacaq, həm də orqan köçürüləndən sonra xəstəliyi olan şəxsin müalicəsinə cavabdeh olan ixtisaslı mütəxəssis olacaq.

 

Həkim transplantoloqun hüquq və vəzifələri belə müəyyənləşib:

 

- donorun və resipiyentin hərtərəfli müayinəsi, transplantasiya əməliyyatının göstəriş və əks göstərişlərinin müəyyən edilməsi, əməliyyataqədər hazırlıq, əməliyyatın icrası və əməliyyatdan sonrakı müşahidəni həyata keçirmək;

- aparılan əməliyyat və onun mümkün nəticələri barədə resipiyentə ətraflı məlumat vermək;

- canlı donora əməliyyatın mahiyyəti və mümkün ağırlaşmalar haqqında ətraflı məlumat vermək;

- donor evli olduqda arvadının (ərinin) bu barədə məlumatlı olub-olmadığını araşdırmaq və məlumat vermək;

- aşağıdakı hallarda əməliyyatdan imtina etmək;

- canlı donorun məlumatlandırılmış razılığı olmadıqda və ya donor hər hansı bir mərhələdə donor olmaqdan imtina etdikdə;

- resipiyentin əsas xəstəliyi və ümumi vəziyyəti transplantasiya əməliyyatı üçün uyğun olmadıqda;

- donorun sağlamlığı transplantasiyaya uyğun olmadıqda;

- canlı və ya meyit donorda resipiyentə keçə bilən təhlükəli xəstəlik olduqda;

- canlı donorla resipiyent arasında donor orqanının alqı-satqısına dair məlumat olduqda.

Eyni zamanda, layihəyə əsasən, orqanların transplantasiyasının zəruriliyi haqqında qərarın verilməsi qaydası da müəyyənləşir.

 

Layihəyə əsasən, xəstəliyi olan şəxsə orqan transplantasiyası yardımının göstərilməsinə ehtiyacının olub-olmaması barədə qərar bu fəaliyyəti həyata keçirmək hüququ olan tibb müəssisəsinin təşkil etdiyi həkim komissiyası tərəfindən qəbul olunur. Həkim komissiyasının tərkibinə həkim-transplantoloq da daxil edilir. Həkim komissiyasının xəstəliyi olan şəxsə orqanların transplantasiyası zərurəti və onun resipiyent kimi donor orqanı gözləyənlər siyahısına daxil edilməsi və ya orqanların transplantasiyası üçün tibbi göstərişlərin olmaması haqqında qərarı iki nüsxədən ibarət protokol şəklində rəsmiləşdirilir.  Həkim komissiyasının qərarının protokolunun bir nüsxəsi üç iş günü ərzində şəxsin özünə (və ya onun səlahiyyətli nümayəndəsinə) təqdim edilir (göndərilir), digər nüsxəsi isə şəxsin tibbi sənədlərinə daxil edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi