Mədəniyyət Nazirliyinin Asəf Zeynallı məzarında “solan” mədəniyyətsizliyi... - SOS
Aslan İsmayılov: “Nə qədər ki, öz milli dəyərlərimizə sahib çıxmayacağıq, hansısa gələcəkdən danışmaq əbəsdir”
"Bu günlərdə həbs edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov 10 milyonlara obyektlər alanda sərhədsiz istedad sahibi olmuş, cəmi 23 yaşında bütün mədəniyyət nazirliyinin on illərdə görmədiyi işlər görmüş Asəf Zeynallının qəbri də elə bu gündə olmalı idi..."
Versus.az xəbər verir ki, bu barədə məlumatı feysbuk üzərindən vəkil Asalan İsmayılov yayımlayıb.
Şəkildən göründüyü kimi bu, Azərbaycan milli musiqi sənətində silinməz iz qoymuş Asəf Zeynallının məzarıdır. Və təbii ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş belə bir sənətkara olan bu münasibət, Mədəniyyət Nazirliyinin cəmiyyətimizə transfer etdiyi utancverici bir görüntüdür!
A.Zeynallı 23 il yaşamasına baxmayaraq Azərbaycan milli romans, piano və simfonik musiqinin banisi sayılır. Dahi Üzeyir Hacıbəyovun sinfini bitirmiş A.Zeynallı Tofiq Quliyev və Qara Qarayev kimi bəstəkarlara dərs keçib. Onun xidmətləri barədə uzun yazmayacam, çünki bu barədə musiqiçilərimizin danışması daha doğru olardı.
“Elə indilərdə oxudum ki, 1953-cü ildən Asəf Zeynallının adını daşıyan Musiqi Texnikumu 2001-ci ildən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci adlandırılır və A.Zeynallının adı oradan götürülüb. Sadəcə ayıbdır, özü də hamımız üçün! Dəqiq bildiyim odur ki, bu gün ona sahib çıxacaq heç kimi yoxdur. Çünki, onun da hansısa qohumu mühüm bir vəzifədə olsaydı, şəhərin görkəmli yerində dövlət hesabına yüz minlik heykəli ucalardı, adına kolleclər, texnikumlar fəaliyyət göstərərdi. Deməli biz hələ də Xalq olaraq öz dəyərlərimizə sahib çıxa bilmirik! Ümid edirəm ki, bu biabırçılıq ictimailəşəndən sonra lazımı tədbirlər görüləcək və ən əsası dahi Asəf Ze Nə qədər ki, öz milli dəyərlərimizə sahib çıxmayacayıq, hansısa gələcəkdən danışmaq əbəsdir”-deyə, A.İsmayılov bildirib.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"