Millət vəkili Qarabağ qazilərinin işlə təminatı problemini qaldırıb

16:00 31-05-2018 | icon 548 | Gündəm
Millət vəkili Qarabağ qazilərinin işlə təminatı problemini qaldırıb

Qənirə Paşayeva: "Əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər"

 

Milli Məclisdə “2017-ci il Dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deputat seçildiyi Tovuz rayonunun bir sıra problemlərini qaldıraraq hökumət üzvlərini onların sürətli həllində fəal olmağa çağırıb.

 
 
Versus.Az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva ilk öncə təmir-bərpa işləri başa çatdırılmayan Tovuz rayonu Nizami adına klub və tikintisi hələ davam edən Aşıq muzeyindən danışıb və hər iki müəssisənin tezliklə əhalinin istifadəsinə verilməsi üçün hökumət üzvlərini vəsait ayırmağa və işləri sürətlə başa çatdırmağa çağırıb.
 
 
Hər iki mədəniyyət müəssisəsinin rayon üçün əhəmiyyətini vurğulayan Q.Paşayeva bu ilin sonuna qədər Tovuz rayonu Nizami adına klubunun təmir-bərpa işlərinin və Aşıq muzeyinin tikintisinin yekunlaşdırılaraq açılışlarının keçirilməsinin vacibliyini vurğulayıb.
 
 
Millət vəkili çıxışında Qarabağ qaziləri və əlilləri ilə ötən gün keçirdiyi görüşündə onların bütün əlillərin,  özəlliklə Qarabağ müharibəsi əlillərinin işlə bağlı üzləşdiyi ciddi problemlərinin olduğunu bildirdiklərini dedi və müvafiq qurumları onların işlə təmin edilməsi məsələsinə xüsusi diqqət ayırmağa və addımlar atmağa çağırıb:
 
 
“Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki, qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün ciddi işlər görülməlidir. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Vətənimiz, torpaqlarımız uğrunda sağlamlığını itirmiş Qarabağ müharibəsi veteranlarının, əlillərinin işlə təminatı çox vacibdir, çünki bu insanların işlə təminatında üzləşdikləri çətinliklərin həll edilməməsindən ailələri çox əziyyət çəkir, buna görə də müvafiq qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram”.
 
 
 
Millət vəkili Q.Paşayeva müəllim ixtisası üzrə təhsil almış bir sıra əlil gənclərin iş tapmaqda üzləşdiyi çətinliklərdən danışıb və Təhsil nazirini bu məsələlərin həllinə çağırıb.
 
 
 
Q.Paşayeva sahibkarlar tərəfindən hüquqları pozulan və əmək müqaviləsi olmadan işləyən işçilərin hüquqları məsələsinə də toxunub:
 
 
 
“Təbii hamımız istəyirik ki, sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir. Hamımız sahibkarla qarşı süni maneəler, qanunsuz yoxlamaların əleyhinəyik, amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Eyni zamanda əmək müqaviləsi olmadan çalışan işçilərin sahibkarlar tərəfindən işdən çıxarıldığı zaman öz əmək hüquqlarını müdafiə etmə məsələsi də çox vacibdir və bu məsələyə Əmək və əhalinin sosial müdafiəsi nazirliyini daha böyük diqqət göstərməyə çağırıram”.
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı