"Sosial şəbəkələrdə intizam yaratmaq mümkündür"

10:50 02-06-2020 | icon 541 | KİV
"Sosial şəbəkələrdə intizam yaratmaq mümkündür"

Aydın Quliyev: “Bu faktdır ki, sosial şəbəkələr daha çox "özbaşınalıq şəbəkəsinə", “qaydasız davranışlar” şəbəkəsinə çevrilib”

 

Bu günlər ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrə nəzarətin gücləndirilməsi ilə bağlı məlum qərarı “sosial media ilə iş, sosial şəbəkələrə nəzarət, internet resurslarının hüquqla tənzimlənməsi” anlayışında hansısa yeni bir dönəmin başladılması kimi də dəyərləndirilir.

 

Azərbaycanda Trampın bu qərarına uyğun olaraq sosial şəbəkələrə nəzarət və nizamlanma prosesi nə dərəcədə adekvat qarşılana bilər? Nəzarət mexanizmi və internet şəbəkəsi istifadəçilərinin davrnış hüquqları necə tənzimlənə bilər? 

 

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Versus.Az-a bildirib ki, sosial şəbəkələrin pozitiv mənada böyük imkanları olsa da, dünya insanları nədənsə bu imkanları daha çox neqativ tendensiyalara yönəldirlər.

"Trampın düşüncə və qərarı bu narahatlıqdan irəli gələn nəticədir və əslində sosial şəbəkə fəaliyyətlərinin üzəridən dünyadakı ümumi narahatlıqları ifadə edir”.

 

A.Quliyev hesab edir ki, Tramp elə bir məsələ qaldırıb ki, ona bütün dünyada geniş dəstəklər olacaq və bu, artıq özünü göstərir.

“Bu faktdır ki, sosial şəbəkələr daha çox "özbaşınalıq şəbəkəsinə", “qaydasız davranışlar” şəbəkəsinə çevrilib. Sosial şəbəkələrdə neqativ təmayüllər daha çoxdur, nəinki pozitiv təmayüllər. Həm də bir çox hallarda sosial şəbəkə idarəçiləri sanki xüsusi məqsədlərlə neqativ yüklü kontentləri -audio və videokontentləri geniş şəkildə baxışa təqdim edirlər. Sosial şəbəkələr mücərrəd məkan deyil, burada insanlar, qurum və təşkilatlar, partiyalar, millətlər, etnik qruplar, dövlətlər arasında münasibətlər cərəyan edir. Ona görə  də neqativ təmayüllər qabaranda nəticədə geniş miqyaslı təlatüm və fəsadlar ortaya çıxır”.

 

A.Quliyev bildirib ki, baş verən proseslər sosial şəbəkələrdə mütləq sərbəstliklə yanaşı, zəruri məsuliyyət institutunun da formalaşmasını zəruri edir.

“Həqiqətən də ola bilməz ki, burada hər kəs istədiyini etsin, heç bir hüquqi və ya mənəvi-etik məsuliyyəti hiss etməsin. Dünya ciddi problem qarşıdındadır. Dövlətlər həm sosial şəbəkələrdə azadlıq və məsuliyyət normalarını əks etdirən hüquqi sistem yaratmalı, həm də elə edilməlidir ki, sosial şəbəkələrdə özünü ifadənin siyasi mötivli məhdudlaşdırılmalarına şans açılmasın. Bu olduqca mürəkkəb və çətin balans nöqtəsi tapmaq deməkdir. Eyni çətinlik Azərbaycanı da gözləyir. Sosial şəbəkələrdə sərbəstlik və məsuliyyət normalarını əks etdirən sistem yaratmaq və eyni zamanda bu şəbəkələrin pozitiv imkanlarını və funksiyalarını qərəzli yanaşmalardan xilas etmək lazımdır”.

 

A.Quliyev eyni zamanda hesab edir ki, sosial şəbəkələrdə qlobal intizam sistemi yaratmaq mümkündür.

“Əks halda müxtəlif ölkələr sosial şəbəkələrə girişin bloklanması kimi ifrat üsul seçə bilər ki, bu da dünyada formalaşmış mütərəqqi  qlobal əməkdaşlıq sistemini dağıda bilər. Yalnlz bütün dövlətlərin şəffaf işbirliyi sayəsində sosial şəbəkələrdə vahid hüquqi, mənəvi-etik davranışlar sistemi yaratmaq mümkündür”.

 

LƏMAN
Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI