"Etiraf edirik ki, bu, müxalifəti zəiflədir"

11:00 02-06-2020 | icon 302 | Siyasət
"Etiraf edirik ki, bu, müxalifəti zəiflədir"

Fuad Əliyev: "Təəssüflər olsun ki, müxalifət partiyaları hələ də keçmişin qalıqlarından qurtula bilmir"

 

"Təəssüf ki, müxalifət bu baryeri aşa bilmir. Bunun da bir çox səbəbləri var. Bu məsələlər daim siyasi görüşlərdə müzakirə olunur və çıxış yolları aranır. Müxalifətin bir çox hallarda bir araya gələ bilməməsi, bir-birinə qarşı neqativ yanaşmaları bu problemləri aşmasına imkan vermir. Buna görə də narazı elektorat müxalifətə inamsızlıq nümayiş etdirir. Əvəzində isə bir çox müxalifət liderləri yalnız özlərini "mənəm güclü, mənəm birinci" şüarları ilə qabağa çıxmağa çalışırlar".

 
 
Versus.Az xəbər verir ki, bunu müxalifətin bugünkü durumu və özünün ənənəvi mübarizə üsullarını, yaxud yeni taktika ilə hərəkət etməli dilemmasını aşa biləcəkləri ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
 
 
Partiya sədrinin fikrincə, bir çox müxalifət liderlərinin yalnız özlərini "mənəm güclü, mənəm birinci" şüarları ilə qabağa çıxmağa çalışmalarının heç bir faydası olmayacaq. Onun sözlərinə görə, xalq nə qədər narazı olsa da, bu müxalifətdəki bir çox simaların yanlışlarını görüb və görməkdə davam edir:
 
"Təbii ki, bu gün ölkədə böyük narazı elektorat var. Lakin bu, heç də o demək deyil ki, bütün narazılar hamısı gəlib bu müxalifəti dəstəkləyir. Həmin o elektorat iqtidarı da dəstəkləmir və sakitcə kənarda dayanıb. Çox təəssüf ki, bu gün müxalifət narazı olan vətəndaşların böyük bir hissəsini öz ətrafına cəlb edə bilmir. Bu da müxalifətin son 15 ildə atdığı səhv addımlarla bağlıdır. Artıq demək olar ki, müxalifətdaxili çəkişmələr, ”agent" axtarışı səhnələri, partiyaların bir-birinə qısqanclığı, keçmişdən qopa bilməməyi insanlarda müxalifətə qarşı ikrah hissi yaradıb. Bəli, etiraf edirik ki, bu, müxalifəti zəiflədir, çünki ona olan inam itib. Artıq insanlar köhnə simalardan və köhnə ritorikaladan beziblər. Sosial kəsim siyasi səhnədə yeni simaları görmədiyinə görə siyasiləşmir və etimadı itirdiyinə görə ümumi müxalifətə dəstək vermir. Amma müxalifətin də öz elektoratının qarşısında öhdəsinə götürdüyü bir məsuliyyət var. Müxalifət mövcud siyasi və sosial problemlərdən, həmçinin yeni metodlardan və yeni texnologiyalardan istifadə etməyi bacarmalıdır. Müxalifət nə qədər zəif və ona olan inamını itirmiş olsa belə, dövlətin və cəmiyyətin inkişafı məsələsi, müxalifətin özündə güc tapıb, vətəndaşlarının inamını və dəstəyini yenidən qazanıb dirçələcəyinə inanıram. Mən bu prosesin daha çox siyasətə atılan yeni simaların, demokratik kəsimlə bir araya gəlməsi ilə gerçəkləşə biləcəyini düşünürəm. Müxalifətin fəaliyyətinin inkişafından danışarkən xüsusilə heç bir qarşıdurmaya yol veməyən, yalnız səmimi qəlbdən ölkənin inkişafına yönəlik islahatların aparılması naminə çalışan, öz maraqlarını deyil, ümummilli maraqları hər şeydən üstün tutan siyasi fiqurların meydana gəlişini nəzərdə tuturam. Yeni müxalif güclərin yaranması və təşkilatlanması iqtidara rəqib ola biləcək və yeni gücün formalaşmasına təsir edəcək müxalifəti formalaşdıra bilər və mən ümid edirəm ki, belə də olacaq".
 
 
F.Əliyev diqqəti iqtidara rəqib olacaq müxlifətin bu məqsədi həyata keçirmək üçün narazı elektoratı öz ətrafına yığa bilib bilməməsinə çəkib:
 
"Bilirsiz, hər bir ölkənin inkişafı üçün güclü müxalifətin olması çox vacibdir. Bunu inkişaf etmiş ölkələrin təcrübəsindən də görmək olar. Əslində rəqabətin fonunda hər bir düşərgə tərəqqi, ölkənin potensialının artırılması, bir sözlə, inkişafı üçün öz proqramı və fəaliyyəti ilə ön planda olmağa çalışır. Bu məsələdə seçim xalqa məxsusdur. Azərbaycanda isə müxalifət partiyaları hələ də keçmişin qalıqlarından qurtula bilmir. Lakin müxalifət öz işini görməlidir, narazı elektoratı birləşdirib mübarizə aparmalıdır, bir-biri ilə mübarizə aparmamalıdır. Qeyd etdiyim kimi, yeni siyasi liderlərin meydana gəlməsi və sağlam siyasi mübarizə şəraitində rəqabətin qurulması demokraik cəmiyyətin əsas göstəricisidir. Təbii ki, iqtidar varsa, onun müxalifəti olmalıdır və müxalifət nə qədər güclü olarsa, iqtidarın iş potensialı da bir qədər çevik olar, öz üzərindəki məsuliyyəti daha da artar. Belə bir şəraitdə demokratik seçki sisteminə nail olmaq və öz həqiqi gücünü ortaya qoymaq mümkündür. Müxalifət güclü olarsa qalib olar, zəifdirsə uduzacaq və bununla barışmalı olacaq və seçkinin saxta keçirilməsi ilə bağlı ortaya heç bir iddia qoyulmasına imkan verilməyəcək. Hələlik isə bütün bunlar partiyamızın siyasi camiyədə görmək istədikləri əsas nüansladır."
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol