“Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir”

12:26 02-06-2020 | icon 243 | Siyasət
“Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir”

Tahir Rzayev: "Əks təqdirdə sağlam cəmiyyətimizi uçuruma apara bilərik"

 

“Sosial şəbəkələrin fəaliyyəti deməyə əsas verir ki, onlar söz azadlığı demokratiya pərdəsi altında insanların mənəviyyatını sarsıtmaqla cəmiyyətin əxlaqını pozmaqla, korlamaqla məşğuldurlar”.

 

Versus.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 

O bildirib ki, yalanı, böhtanı təbliğ edib qarşıdurmalara, çağırışlara səsləndirən, terroru, separatizmi dəstəkləyən bu şəbəkələrin yalnız bir məqsədi var:

“Xaricdəki havadarlarına arxalanmaqla maliyyə vəsaitləri əldə etmək, ya da vətəndaşları qorxutmaq və şantaj etməklə pul qazanmaq. Sirr deyil ki yüz minlərlə insanlar onların bu hərəkətlərindən əziyyət çəkir, psixoloji sarsıntı keçirir. İnsanlar bir-birinə düşmən kəsilir ailələr dağılır, gərginlik artır. Hər gün bunun şahidi oluruq. Onlar insanlar haqqında nələr söyləmirlər. Nələr uydurmurlar. Dövlətin, məmurların, ziyalıların görkəmli şəxslərin ünvanına nələr demirlər?!

Təəssüf ki əxlaqsız hərəkət edənlər, yaramaz fikir yürüdənlər, yalan uyduranlar haqqında lazımi tədbir görülmür. Bəziləri hətta onları demokratik fikirli insanlar kimi qəbul edirlər. Hər bir insan etdiyi hərəkətə, dediyi fikrə göstərdiyi fakta görə məsuliyyət daşımalıdır. Hesab edirəm ki, “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir. Əks təqdirdə sağlam cəmiyyətimizi uçuruma apara bilərik. Dünyanın super dövlətləri də bunu bir daha təsdiq edir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI