TƏNQİD: Bu deputatlar xalqın lağ hədəfinə çevrilirlər

13:05 02-06-2020 | icon 472 | Siyasət
TƏNQİD: Bu deputatlar xalqın lağ hədəfinə çevrilirlər

Hafiz Hacıyev: "İndi kiminsə hesabına gəlib deputat olub və ağızına gələni danışır"

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Məclisin qeyri-ciddi çıxışlar edən deputatlarını sərt tənqid edib.


Versus.Az Demokrat.az-a istinadən xəbər verir ki, Hafiz Hacıyev açıqlamasında bəzi deputatların danışıqlarını bilmədiklərini deyib.


Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyevə bağlı olan bəzi deputatlar var ki, onlar hər zaman ölkə rəhbərliyinin adına xələl gətiriblər, baş qaxıncı olublar:

"Bu deputatlar nə hərəkətlərini, nə də danışıqlarını bilmirlər. Çıxış edəndə də xalq içində rüsvay olurlar. Bu cür adamların danışmasındansa danışmaması faydalıdır. Çünki həmin deputatlar çıxış edəndə gülüş hədəfinə çevrilirlər, xalq tərəfindən ələ salınırlar".


Partiya sədri deputat Elman Nəsirovu da tənqid edib:

"Misal üçün, deputat Elman Nəsirov nə danışdığını bilmir, ağılına gələni söyləyir. Deyir ki, filan adam əyilə-əyilə getdi, filankəs başını qaldırıb dik getdi və sairə. Hansı ölkədə hərbiçilər səngərdə dik gəzirlər? Hədəfə çatmaq üçün lazım gəlsə əyilə-əyilə də, sürünə-sürünə də gəzmək olur. Axı bu məntiqdir? Nə gülünc söhbətlərdir? Görünür ki, Elman Nəsirov Azərbaycanda hərbi xidmətdə olmadığına görə səngər qaydalarından xəbərsizdir. İndi kiminsə hesabına gəlib deputat olub və ağızına gələni danışır. Bu gün Milli Məclisdə qeyri-ciddi çıxışlar edən deputat təkcə o deyil, onun kimi başqaları da var. Bilirsiniz, bu cür qeyri-ciddi çıxışlar ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasətə xələl gətirir, gözdən salır. Ümumiyyətlə, Elman Nəsirov kimi adamların Milli Məclisdə oturması bu dövlətə başucalığı gətirmir. Bu deputatların hamısı vaxtilə Ramiz Mehdiyevin komandasında təmsil olunublar. Bu gün isə Ramiz Mehdiyev öz komandası ilə ölkə başçısına xəyanət edir. Çox təəssüf ki, onun tör-töküntüsü olan adamlar isə hələdə müəyyən vəzifələr tuturlar".


H.Hacıyev qeyd edib ki, bu cür qeyri-ciddi çıxışlar edən deputatlar ölkə Prezidentinə xidmət etmək əvəzinə, ona yaltaqlıq edirlər:


"Nə ölkə Prezidenti, nə də xalqımız yaltaq insanları sevmir. Bu deputatlar isə elə sanırlar ki, sanki bununla xidmət etmiş olurlar. Əksinə, onlar xalqın lağ hədəfinə çevrilirlər".

 

 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı