Müsəlmanlarla xristianların barış içərisində yaşadığı möcüzənin ünvanı - Kapadokya

23:22 01-06-2018 | icon 2304 | Araşdırma
Müsəlmanlarla xristianların barış içərisində yaşadığı möcüzənin ünvanı - Kapadokya

 

Kapadokya 1985-ci ildən YUNESKO-nun qorunan irsləri sırasındadır

 

 

AĞANİSƏ SULTANOVA

/Türkiyə, Kapadokya/

 

1-ci yazı

 

Bu gün sizi dünyanın ən önəmli cografiyalarından biri olan Kapadokya ilə az da olsa, tanış etməyə çalışacağam. Bəzən Kapadokyanı dünyanın səkkizinci möcüzəsi adlandırırlar. Amma dünyanın yeddi möcüzəsinin əksəriyyətini görən biri kimi bu fikirlə heç razı deyiləm.

 

Kapadokya dünyanın möcüzələrindən biridir, bəlkə də birincisdir. Əgər belə olmasydı, bütün dünyadan turistlərin diqqətini bu qədər çəkməzdi, özü də ilin dörd fəslində. Bu tarixi yerdə olarkən düşünürdüm ki, ALLAHın Türkiyəyə lütv elədiyi canlı bir əsərdir Kapadokya. Və fkrimcə, hər insan ömründə bir dəfə də olsa, Kapadokyanı görməlidir.

Qeyd edim ki, hər addımı möcüzə dolu Kapadokya 1985-ci ildən YUNESKO-nun qorunan irsləri sırasındadır. Uzun illərdir ki, bu coğrafiyanın sirri dünyanın ən tanınmış arşdırmaçılarının mövzusu olub. Buradakı ən yaşlı Pəri Bacalarının 60 milyon, ən kiçiklərinin isə 3-4 milyon yaşları var. Araşdırmalara görə, bu cografiyada insanlar bizim eramızdan əvvəl 8-3-cü minilliklərdə, yəni, neolit dövründən məskunlaşmağa başlayıblar. Kapadokyaya addım atdıgın anda insan özünü həmin dövrlərdə hiss edir. Milyonlarla Pəri Bacaları, yüksək qayalıglardakı evlər, mağaralar, məbədlər, daha nələr, nələr...

 

Ən böyük təşəkkürüm səfər boyu bizə bələdçilik edən, çox maraqlı məlumatlar verən, ən kiçik detalı belə sevə-sevə diqqətimizə çatdıran qardaşım Ferhat Akbaşadır. O, danışdıqca, mənə elə gəlir ki, bu cografiyanın tarixini ondan gözəl bilən yoxdur.

 

Artıq sübut edilib ki, eramızdan əvvəl 7-5 milyon il öncə, Kapadokyada çox güclü vulkan püskürmələri baş verib.  Bundan sonra Pəri Bacaları möcüzəsi yaranıb. Düzdür, müxtəlif vaxtlarda bu fikirlər birmənalı qarşılanmayıb. Hələ uzun illər əvvəl bəzi araşdırmaçılar bunların insanlar tərəfindən tikildiyi iddiaları ilə çıxış ediblər və belə demək mümkünsə, gülüş hədəfinə çevriliblər. Aralıqlarla baş verən vulkan püskürmələri, sellər, küləklər bu çografiyada milyonlarla Pəri Bacalarının yaranmasına gətirib çıxarıb.

 

Mənə görə isə Kapadokya yer üzündə ALLAHın bir möcüzəsidir. Pəri bacaları, mağaralar min illər boyu yerli əhalinin evi olub. Bələdçimiz Ferhat Akbaş deyir ki, 20-30 il əvvələ qədər bu mağaralarda insanlar yaşayırdı. Hələ də istisnalar var. Bu barədə ətraflı yazaçagam.

 

Ən böyük Pəri Bacaları Ürgüp ərazisində yerləşir. Böyük gövdələri və başlarında şapkaları var. Kapadokyaya gələn turistlərin ilk olaraq ziyarət etdikləri yerlərdən biridir. Bəzən bu Pəri Bacalarının qarşısında foto çəkdirmək üçün növbə yaranır. Müxtəlif ölkələrdən olan insanklar  tarixə şahidlik edən bu möcüzələrin yanında şəkil çəkdirirlər. Elə burada siz Kapadokyanın tarixi süvenirlərini ala bilərsiniz. Deyim ki, qiymətlər heç də baha deyil, əksinə. çox ucuzdur. Odur ki, bura gələn turistlər həm özlərinə, həm də yaxınlarına xatirə olaraq suvenirlər alırlar. Mən də bir neçə suvenir alıram  və soruşuram ki, qazancları onları razı salırmı? Mehriban Kapadokyalı qardaşlarımız gülümsəyərək, əlləri ilə şükür edib, hər şey yaxşıdır deyirlər. Onu da əlavə edirlər ki, bu torpagda yaşadıqları üçün çox şanslıdırlar. Hər gün onlarla əcnəbi ilə tanış olur, Kapadokya barədə gözəl sözlər eşidirlər.

 

Dinlərin və mədəniyyətlərin ünvanı Kapadokya həm də dinlərin və mədəniyyətlərin ünvanıdır. Hitit, Frig, Fars, Roma, Bizans və Səlçuk mədəniyyətləri bu cografiyada cəmləşib. Kapadokyanın ən möcüzəli ünvanlarından biri Paşabağlarıdır. Burada mağaraların içində kilsələr, evlər var. Xristianların ən çox məskunlaşdığı bu yer həm də, keşiş Simonun adı ilə bağlıdır. Roma imperiyasının hücümlarından qaçan xristianlar məhz bura sığındıgdan sonra xilas ola biliblər. Keşiş Simon isə, onlar üçün İsa Peygəmbər kimi biri idi. Hətta qədim rəvayətlərə görə, o da ölüləri belə dirildə bilir, eyni zamanda da, insanlara kömək edirdi. Onun yanına gələnlərin sayı o qədər çoxalır ki, keşiş Simon bundan bezib, mağaradakı evinə çəkilir və ömrünün sonuna qədər çölə çıxmır. Yerli əhali isə, hər gün onun qapısının yanına yeyəcək, geyəcəklər qoyurdu. Bir müddət sonra isə, insanlar görür ki, qapının yanına qoyduqları oldugu kimi qalır, hətta hər gün çoxalır. Bundan narahat olan əhali onun mağaradakı evinə gedir və öldüyünü görürlər. Keşiş Simonu elə elə evinin yanında dəfn edirlər. İnsanların sevgisini qazandığına görə bu yeri Paşa Bağları adlandırırlar. Kapadokyanınhər yerinə oldugu kimi, burada hər gün minlərlə turist gəlir.

 

Kapadokya təkcə insanların deyil, göyərçinlərin də vətənidir

Gerçəkdən də Kapadoya təkcə insanların deyi, elə milyon illərdir ki, milyonlarla göyərçinin də evidir. Elə buna görə də Kapadokyanın ən çox ziyarət edilən yerlərindən biri də möcüzəli Güverçinlər Vadisidir. Hələ milyon illər əvvəl bu mağaralarda təkcə insanların evləri olmayıb. Buradakə mağaralarda saysız-hesabsız oyuqlarda göyərçinlərin yuvaları var. Bələdçimiz Ferhat Akbaş tarixə diqqət çəkir. Deyir ki, xristianlığda oldugu kimi, İslamda da göyərçinlər şad xəbər müşdəçisidirlər. Odur ki, mi illər keçsə də, mədəniyyətlər bir-birini əvəz etsə də, göyərçinlərin yuvaları, evləri oldugu kimi qalır. Hər gün bura gələn insanlar onları yemləyir, bəsləyirlər. Güvərçinlik Vadisində də minlərlə Pəri Bacaları, mağaralardakı insan məskənləri, evlər var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür