Deputatdan işəgötürənlərə ÇAĞIRIŞ

16:57 03-06-2020 | icon 419 | Siyasət
Deputatdan işəgötürənlərə ÇAĞIRIŞ

Razi Nurullayev: "İşçilərinizə çoxistifadəlik maskalar alın, bunu vətəndaşların öhdəsinə buraxmayın"

 

"Prezident İlham Əliyev tibbi maska taxıb. Bunun açılışı budur ki, dünən qəbul olunan və Prezident tərəfindən təsdiq edilən qanun qarşısında hamı bərabərdir və maska taxmayanlara güzəşt edilməyəcək".

 
 
Versus.Az xəbər verir ki, bu barədə "facebook" hesabında millət vəkili Razi Nurullayev bildirib.
 
 
Deputat qeyd edib ki, Prezidentin maska taxaraq demək istədiyi budur - "maska taxın, özünüzü və yaxınlarınızı qoruyun".
 
 
Ən ucuz maskanın 30 qəpik olduğunu vurğulayan R.Nurullayev qeyd edib ki, həkimlər də 30 qəpiklik masqanın iki saatdan çox geyiləndə virus daşıyıcısına çevrildiyini deyib:
 
"Demək ki, işə gedən vətəndaşa gündə maska üçün iki manat lazımdır. Bu isə vətəndaşın gəlirinə adekvat deyil. Onun üçün də işəgötürənlərə çağırış etmək istəyirəm ki, öz işçilərinizə çoxistifadəlik maskalar alıb verin, bunu vətəndaşların öhdəsinə buraxmayın. Bu sizin dövlət üçün gördüyünüz ən gözəl işlərdən biri olar. Mən öz tibbi maskamı iki manata almışam və hələ də istifadə edirəm. Yaxşı yuyulur, ütülənir və istifadəyə yararlıdır.
Masqaların pulsuz paylanması da real görünmür. Çünki bu işi quranların pul qazanmaq marağı olmasa, istehsal olmaz. Eyni zamanda hökumətin də dotasiya vermək imkanları nəzərdən keçirilməlidir ki, uzun müddət maska ilə yaşamalı olsaq, bəzi vətəndaş kateqoriyalarına pulsuz maska təminatı həyata keçirilsin."

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı